Sceptikist düşüncə tərzi

Sceptikist* düşüncə tərzi..

-Dünən tam olaraq yadımda deyil harda idi,ama bir yazı oxudum çox maraqlıydı və bilirsən  müəllif kimimiş?

-Kim?

-Sənmişsən guyaki-deyib Xəyal gülümsədi

-Adı nə idi yazının?

-“Həyatda Entropiyaninda bir sonu var” beləydi deyəsən

-O mənim yazımdı, harda oxumusan?

-Sən?Əminsən Mikayıl?-Xəyal istehza ilə Mikayıla baxdı

- Aha,mən yazmışam necə bəyəm?

-Yaxşıda Mikayıl,şəxsən mən inanmıram sən yazmısan

-Alternativin nədir?

-Başqa birinin yazısıda ola bilər öz adına yayınlaya bilərsən,yada başka bir dilldən tərcümə etmisən heç kimin bilmədiyi vəya bilmədiyim neçə üsul var.

-Bilirsən əslində belə cəsarətli olmağın müsbət keyfiyyətdi,və o yazının mənim yaza bilməyəcəyimi düşünməndə mənçün müsbət xəbərdi deməkki yazı çox gözəl alınıb,ama bir tərəfdəndə təəssüflənirəmki mənə inamın yoxmuş deməki.

-Yox Mikayıl,sən yaza bilmərsən demədim yazarsan niyə yazmayasan ama nəbilim axı nəsə inanasım gəlmədi ilk dediyində

-İndi nə dəyişdi?

-Heçnə, inanmıram.

-Sənə necə kömək edə bilərəm?

-Məni inandırmaq sənə lazəmdə mənim nə işimə.

-Ama mən səni hansı yolla inandırıram inandırım,sənə inandırıcı gəlməyəcək çünkü mənim üsulumla inandırılmış olacaqsan,başa sala bildim?

-Çox gözəl başa saldın

-Məsələn mən sənə desəmki indi otrum sənin gözünün qarşısında bir mövzuda yazım sən deyəcəksən əvvəldən fikirləşilib

-Onda belə edək mənim dediyim mövzuda yazacaqsan məndə oxuyacam,razılaşdıq?

-Mövzunu de

-Elə bir məqalə yazki bu otaqda gördüyün hər əşyanın,hər şeyin o yazıda adı keçsin.

-Necə bəyəm Tozsovurana ,sobaya vəya bu ağ vərəqlərə aid hamısını yazım?Bu biraz gülməli alınacaq axı.

-Hə məni inandırmaq çətindi Mikayıl,eybi yox gülməlidə alınsa yaz,otaqdaki maşallah doludu boş əşyalarla.

-Yox əzizim heç biri boş deyil bir azdan anlarsan, bir vərəq birdə qələm ver.

Xəyal vərəq və qələmi gətirdikdən sonra Mikayıl otaqda gördüyü hər şeyə aid cümlələr qurmağa başladı…

Bir Otaq kimi bəzi insanların içi boş bəzilərinin içi dolu,bəziləri bir otaq kimi geniş bəziləri dam dar yaradılıb…

Bir Stol bəzi insanlar kimi həddindən artıq yükü qaldıra bilmir

Bir Soba kimi bəzi insanlar istilik yayarlar,

Bir Saat kimi bəzi insanlar 12 rəqəm kimi müəyyən sayda ünsür əhatəsində dönüb dururuq bilmirik hansına baxaq

Bir Xalça kimi bəzi insanların hər gələn üstünə basıb keçir

Bir Kamança kimi bəzi insanlar  sadəcə ahəngdar səslər çıxarmaqçün yaradılıb

Bir Seyf kimi bəzi insanlarda sirr saxlamaqçün yaradılıb

Bir Şam kimi bəzi insanlarda ətrafa işıq saçar ama özləri əriyib gedər,

Bir Kitab kimi bəzi insanlar  dolu və

Bir Ağ dəftər kimi bəzi insanlar bom-boş olar..

Bir Portret kimi bəzi insanların sadəcə görünüşü mənalı olar,daxilən isə əşyadan fərqləri olmaz..

Bir Klon kimi bəzi insanlar çox dəyərli olurlar..

Bir Televizor kimi bəzi insanlar sadəcə informasiya ötürməkçün yaradılıblar,xəbərçi yaradılıblar…

Bir Papaq kimi bəzi insanlar yüksəklərdə,və

Bir Corab kimi bəzi insanlar alçaqlarda gəzər ama əslində ikisinində “sapı” eynidi

Bir Sandıq kimi bəzi insanlar,köhnə xatirələri saxlarlar özlərində,

Bir Papuqay kimi bəzi insanlar deyilən sözləri mənasını bilməsədə təkrar edər öz sözləri kimi..

Bir Balıq kimi bəzi insanlar olanları tez unudar…8 saniyəlik yaddaş…

Bir Pişik kimi bəzi insanlar lazım olsa öz balasının canından keçərki özü rahat olsun,

Bir Qələm kimi bəzi insanların əlindən tutulmazsa heç bir işə yaramazlar

Bir Telefon kimi bəzi insanlar sadəcə digər insanlar arasında köprü olarlar

Bir Bıçaq kimi bəzi insanlar ömür boyu silinməz yara izləri buraxarlar..

Bir Pərdə kimi bəzi insanlar işığın,nurun qarşısını kəsər,

Bir Qapı kimi bəzi insanlar iki üzlü olar,bir üzü bizə tərəf bir üzü bizə əks…

Bir Dərman kimi bəzi insanlar keçici tövsiyyələr verməkçün yaradılıb

Bir Çanta kimi bəzi insanlar yüklərimizi bizlə paylaşarlar..

Bir Təsbeh kimi bəzi insanlar oyuncaq kimi əllərdə gəzərlər..

Bir Lüğət kimi bəzi insanlarda nə axtarsan cavabı var ama ünsiyyəti bacarmaq lazımdır..

-Mikayıl,

-Hə Xəyal eşidirəm

-Sən bir dahisən..

-O qədərdə deyil-deyərək Mikayıl gülümsədi

-Yox mən ciddiyəm,mən saxlamasam sən durmaq bilməyəcəkdin,və otaqda ən mənasız əşyanı belə sözlərlə necə bəzədin mənalandırdın

-İndi inandın mən yazmışam o yazını?

-Əlbətdə,ama bəs sən niyə bu işin arxasınca düşmürsən?yazarlıq falan düşünürsən?

-Bilmirəm hələki çoxda yazmıram,yazar olmaqçündə əgər söhbət Tolstoy,Montaigne kimi yazarlardan gedirsə hələ çox tezdi Xəyal…

-Mikayıl yazıda bir şeyi unutmsan deyəsən hm?

-Nəyi?

-Axı otaqda məndə varam,bəs məni nəyə bənzədəcəksən?

-Haklısan otaqda səndə varsan.Səni.Dayan onuda ən sona yazım

“Bəzi insanlar Bizim Xəyal kimi olurlar,dostlara Şüphəylə yanaşırlar…”

*(Sceptikism-Şüphəçilik)

P.S-Aranızda Xəyal kimi mənə şüphəylə yanaşan var?))Ama eyni zamanda cəsarətli.

Xancan Kərimov \ 2009-03-24 \ 9:20 PM \ Turkey Adana

Praqmatistlər Məni Oxumasın!!…

Necəsən?..mən heçdə yaxşı deyiləm ….. yenə göz yaşlarıma mane ola bilmirəm.. yənə film izləyirdim yalnız ,kimsəsiz otağımda…qaranlıqda..bilirsən artıq yalnızlıqda məndən qaçır bezib o da məndən…. hamı kimi məndə filmdəki baş rol oyunçusunu özümə bənzətdim,onda özümü görürdüm…..həyatı sevirəm,ama bu həyat mənə əzab verir,bu yazını necə yazıram heç özümdə bilmirəm….sadəcə sıxıldım aldım klavyeni əlimə klaviaturanın həriflərinə klikləyirəm təsadüfi olaraq,nə yazıldı yazıldı….gecə düşür,çıxıram gecələr gəzirəm ki bəlkə açılaram,başım qarışar ama tam tərsi olur nədənsə…heçdə açılmıram ..nəfəsim daralır..bügünlərdə Adana çox yağışlıdı,bax elə yenədə pəncərəmdən çöldə yağır o yağış… bax sənə bir dostumdan danışım. Adı Cavid .illər əvvəl yağışdan söz düşəndə “Qışda başımı biləyimin üstünə qoyub yağışın və birdə qolumdakı saatın çık-çık səsinə qulaq asaraq yorğan altında yatmağı heçnəyə dəyişmərəm”-demişdi.O vaxtı ona “Yatmaq insanoğlunn düşmanıdı” demişdimsədə indi elə istəyirəmki yatmaq..birneçə saatlıq belə olsa bu dünyadan qopmaq..ama bir yata bilsəm..nəysə..fikirlərim qarışır.. kimlərisə xatırlayıram keçmişimdən,indi yoxdular uzaqdayam sevdiklərimlə aramızdakı məsafələr bizi ayırır ama o məsafələr istədiklərini əldə edə bilməyəcəklər….o tikanlı yollar mənim çiçəklənən sevgimə əngəl olmayacaq,ola bilməyəcək…bilirsən kleom ,içimdə bir işıq var işıltı var səs var bəzən ,ama bəzənsə qəlbim sıxılır,boğuluram həmin o işıq sönür səs kəsilir yerini tufan alır nəfəslərim saniyələrlə ötüşür və sonra(…)

****

-Kim  yazıb bunu??- oldu ilk reaksiyası,orta məktəbdə xoşladığım Seva deyə bir qız günlüyümdən olan bu yazını oxuyanda.

-Mən –deyə cavab verdim sonra o

-Aaa mənə yazmısan??-dedi.mən əvvəl çaşdım qaldım,çünki  yuxardakı yazı sevgi məktubu deyildi sadəcə ağlıma nə gəlmişdi yazmışdım, nədəki lap sevgi yazısı olsada o qızla aramıza elədə güclü bir sevgi yox idiki onun uğruna nələrsə yazım.Uzun bir səssizlikdən sonra:

-Yox, nə bilim ee. Elə belə yazmışam.günlüyümə yazmışdım bunu.elə belə ümumi bir yazıdıdaa.-deyə mən vəziyyətdən birtəhər kəkələyə-kəkələyə çıxmağa çalışdım,həm qarşımdakı insanın qəlbini qırmamaq,həmdə yazı hakta fikirlərini öyrənməkçün.Ama kaşki elə səninçün yazmışam desəydim,çünki elə mənim kəkələməyimlə birlikdə qızın üzü soldu.

-Hmm məndə elə bildim mənə yazmısan.kimə yazmısan bəs?

Offf bu necə sual idi axı !!

-Heç kimə yazmamışamee sadəcə içimdən keçənlərdidəə,sıxıldım oturdum yazdım günlükdüdəə rəsmi məktub deyilki nələrəsə diqqət edim-deyə fikirlərimi daha aydın çatdıqmaqçün nisbətən aydın danışmağa çalışdım.

-Başa düşdüm,ama nəyə yazırsanee. Nə faydası var?bəs mənə nəsə yaza bilmərsən…??

-Yazaram niyə yazmayım- deyərək gülümsədim sıxıntıyla..

****

-Bəs yaxşı nə demək istəmisən bu yazında?- dedi Ürfan bu yazını oxuyanda.

-Necə yəni nə demək istəmisən.Elə hər yazıda nəsə demək lazımdı?

-Bəs nə?Əlbətdə lazımdı.Yoxsa belə boş-boş yazsan nə faydası var oxuyana.Nə xeyir verərsənki oxuyana?

-Oxuyana nəsə bir fayda vermək niyətim yoxdu axı elə belə yazmışam ay Ürfan.

-Onda heç yazma,məqsədsiz yerə nəyə yazırsanki.Belə yazıları heç başa düşmürəm boş-boş.Sadəcə boş məşğuliyyət.Nə faydası var?Get dərsini oxu a bala..

Bu dedikləriylə qəlbimi qırmışdı Ürfan.Əhvalım korlanmışdı.özümə suallar verməyə başlamışdım.heçbir işə yaramıram.nə faydam var kiməsə.nə yararım nə xeyrim var ??Ürfan şair idi və arasıra bizim rayonun qəzetində şeirləri çıxırdı:

Səni sevirəm dünya qədər,

Məni bürüyüb qara kədər..

..kimi gözəl(!) şeirləri. Ama o boş yazmırdı da hm?(!!..)yoxsa onu rayon şairlər birliyinə sədr seçməzdilər(!!..))..

****

-Hmmmmm- deyə mızıldadı bu yaxınlarda bu yazını oxuyan Aydan adlı bir qız.

-Noldu?bəyəndin?-deyə sual verdim

-Yaxşıdı – dedi qəribə bir tərzdə

Sonra birdən mənə baxdı və həyəcanla:

-Bir şey soruşacam ama düzün de,Kleo mənəm?

-Offff yoxxXX..o xəyaldı..

Sakit və qaş qabaqlı tərzlə:

-Hmm.Anladım..(bir qədər sükut..).. Nəyə yazırsan axı belə?Nə faydası var?..

-Niyə yazıram?Nə fayda?axı bəyənmişdin..nə dəyişdi..

****

Xülasə : Praqmasitlər məni oxumasın!!! Yeni dəbdə olan `izmlərdən biridə Praqmatizmdadır.Praqmatizmanın görə Faydalı vəYararlı olan nə varsa doğru qəbul olunur.və eyni zamanda bunun tam tərsinidə inkar edir və səhv olduğunu müdafiə edir.Yəni məsələn bir din faydalıdırsa o doğrudur və həqiqətdir.fərqli prizmada baxsaq işə yaramayan faydasız bir insanın yaşamağa haqqı yoxdu(?)!William James`in ortaya qoyduğu bu ideologiyada nəyi göstərmək istəyib bilmirəm.Ama günümüzdə “mən praqmatistəm” deyibdə başkalarıyçün yararlı olanıda özləri bir yarar görmədikləriyçün “Yararsız” adlandırırlar.Mən daha çox bu ideologiyanın əleyhinə olan Rasionalizmin tərəfindəyəm ,çünkü rasyonalizmə görə bir mülahizə yada hər hansısa bir fikir yararlı olduğuyçün həqiqət deyil,həqiqət olduğuyçün öyrənilməyi yararlıdır.

P.S- Bu yazını oxuyanlarında arasında Praqmatist var??)))) yəni hər yazıda özünə görə bir fayda axtarıbda sonra tapmayanda “bu yazı lazımsızdır” deyən var?

Previous Older Entries

Follow

Get every new post delivered to your Inbox.