Enigma..
12 Dec 2009 Şərhlər
in Filosofía Tags: ölüm, din, Enigma, əsər, millətlər, qeydlər, roman, sərxoş, tanrı, var oluş, xancan kerimov
Enigma….
“Bura Parij deyil Azərbaycandı
Burdakı əsgərlər çox mehribandı
10 günlük məzuniyyət 30 şirvandı
Şirvansız əsgərə yazığım gəlir
Səhər saat 6-da padyom verəndə
Belinə afseriski kəmər giyəndə
Bax onda əsgərə yazığım gəlir…. Teymurdan” – tapdığı qara üzlü dəftərin arxasında oxuduğu bu yazıdan heçnə anlamayıb dəftərin ilk səhifəsini açdı-
“..Hamımızın həyatında qaraladığı gündəliklər ya da xatirə dəftərləri vardır.Kimiləri hər yerə özüylə gəzdirər , kimiləri unudub buraxar ,kimiləriysə yastığının altında gizlədər o qara üzlü dəftərini.Özümüzdən belə gizlətdiyimiz sirlər olar bu dəftərlərdə .Kədərlərimiz, sevinclərimiz, ümidlərimiz..Hər səhifəsində ayrı bir həyat,ilk eşqimiz , ilk böyük yalanımız, ilk çekdiyimiz siqaret , ilk qorxumuz , ilk öpüşümüz , eve gecikəndə atamızın vurduğu ilk şillə..Hamıda olmasa belə bir çoxumuzun yaşadığı anlardır bunlar..Bəzən yazmaqdan sıxılar açar geriləri oxuyarıq bəzənsə “görəsən 3 il sonra necə olacam” kimi qeydlər yazarıq dəftərin sağına , soluna..səhifələri çevirdikcə o səhifələrin yazıldığı günə dönərik.Bəzi səhifələrdəysə qurumuş göz yaşı,keçmişimizdən ən acı xatirələrlə.. Ən qiymətli fikirlərimiz nələr idi, Ən sıx yaşadığınız hisslərimiz nələr idi, Ən əhəmiyyətli hərəkətlərimiz nələr idi? Yazardıq…Biraz da çalışardıq ədəbi olsun..Qurduğumuz cümlələrlə öyünərdik…” - Bu sətrləri də oxuyub dəftəri bir neçə səhifə vərəqlədi.. Bu yazı əvvəlkindən bir neçə ay sonraya aid idi,mürəkkəbin izləri səhifələrin tərs tərəfinə hopmuşdu, yazı güclə oxunurdu,maraq bürüdü və oxumağa başladı – “
İspan olardım- Amerikalıları qılıncdan keçirməklə öyünərdim ,sahillərimin alman, ingilis və ərəblər tərəfindən işğalını görməməzdən gələrdim, küçələrimdə öküzlər gəzərdi ,qadınlara təsir etməkçün dar şalvarlar geyinərdim.
Amerikalı qırmızıdərililərdən olardım – onlar kimi at oğrusu ,quldur dəstə başçısı, qiyamçı olardım, terorist olardım ölkəm hər zaman döyüşlərdən qalib qayıdardı, rembo yada terminator da ola bilərdim.
İngilis olardım – isti pivə içərdim, həftədə bir dəfə duş qəbul edərdim, maraq dolu turist ya tacir vəya müstəmləkəçi, keçmişimlə yaşayaraq hələ də imperator olduğumu düşünərdim, yada Prens Charlesin yolunu gözləyərdim.
Avustralyalı olardım – bütün ölkələrdən uzaqda, babamın tanınmış cani olmasıyla öyünərdim , bu dəfə soyuq pivə içərdim,içərdim yenə içərdim..
Alman olardım – türkləri nökər edərdim,darıxanda başqa millətləri də darıxdırardım, tariximi gizlədərdim ,çox sıxışanda günahkaram deyərdim..
Fransız olardım – itaətli olardım, ilbiz ya da qurbağa yeyərdim, danışığımdan qadınlar huşunu itirərdi, çirkin olsamda film ulduzu olardım.
Hindli olardım – sabahdan axşama qədər meditasiya, ətrafımda inəklər, kamasutra, evimin içində meymunlar olardı..
Afrikalı olardım – bütün yardım kampaniyaları mənimçün olardı, qohumlarım ya basketbolçu ya repçi ya da bəlkə bir gün oyuncaq prezident olardı.
Yapon olardım – dövləti idarə edənlərin kreslosundan qalxmasıyçün ölməsini gözləməzdim.
Erməni olardım – ki göyçə mahalında yaşayım yada zəbt etdiyim Şuşada.
İtalyan olardım – bilərdim ki, yaraşığım var ya da day-dayım.
Yəhudi olardım – kimisi kimi dilənçi sələmçi yada banker..
Çinli olardım,yox olmazdım.
Bəlkədə mexikalı bir kovboy olardım,yada Tolstoy olardım..Ama sonda onun etdiyi kimi müsəlman olmazdım..Ya da qanun olardım,yox ya da olmazdım.Picasso, Bethoven, Aristo , Da vinci ,ya da İsgəndər olardım ama olmadım. Niyə bilmirəm , bəlkə tanrı onları daha çox sevib, ya da tam tərsi mənə yazığı gəlib. Tərk edilmiş bir evin krantından axan bir damla su da ola bilərdim çiçəklərin dirilik suyu bir parça polen də ola bilərdim ama olmadım. Zəhər olub damarlara axmaq necə??..Apaçi olardım qaraçı , barbar , bəlkə də bir dilənçi olardım.. Qürurlu bir dilənçi.. Hər nə qədər doğrudursa bu təzad.. Partizan olardım döyüşlərdə bəlkə vasililərə bir köməyim dəyərdi.. Ya da bəlkə Argentina steplərində gecə gündüz işləyən əkinçi olardım , nökər,xidmətçi ,çavuş, zabit,ya da nizamlı bir ordu olardım.
Apollon olardım – musiqinin , incəsənətin şeirlərin tanrısı ,Zeusun oğlu Artemisin qardaşı olardım.Gümüşdən yayım olardı,heç vaxt yalan danışmazdım,xəstələrin ümidi Apollon olardım.Honos olardım – bilərdim ki, qürür , ədalət və cəngavərlik tanrısıyam ,mizrağım olardı,,, Janus olardım – başlanğıc və sonun hakimi..Liberalites kimi cömərd, Poseidon kimi hiddətli olardım üç dişli yabam olardı, dənizlərin hakimi olardım ,Afrodit olardım göyərçinim olardı mənə sadiq , eşq tanrısı olardım,Ares olardım əzərdim döyüşlərdə haqsızları öz mizrağımla ,Atena olardım güclü məntiqim olardı qorxudardım şimşəklə düşmanlarımı, ya da elə Zeus olardım mütləq hakimiyyətin sahibi,tanrıların tanrısı.Anam hər gün təkrarlayır- qonşunun oğlu gülməmməd qədər də olmadın-,bəxtəvər başıma.
Olmadım türk oldum hər sabah vətəni milləti qurtarmaq üzrə yeni bir senaryoyla oyanıb bu günün işini sabaha buraxanlardan oldum,musiqi dinlərkən eşitdiyim hər hansısa kədərli bir mahnıyla həyata küsən,arxasınca gələn sonraki mahnıdaysa qalxıb şappur şupur oynayanlardan oldum..Bütün dünyanın xaos deyə bağırdığı günlərdə mən gülüb oynayanlardan oldum..Qonşuma baxıb onda var məndə yox deyənlərdən, içini yeyənlərdən oldum,qeyrəti əllərə verib kişiyəm deyə gəzənlərdən oldum,nə yazdığını bilməyənlərdən oldum ele bu qeydlər kimi, sağ qulaqdan alıb soldan verənlərdən oldum, pir-ocaq qapılarında donunun ətəyini cırıb ağaclara bağlayanlardan oldum,həyatını ataların zarafatıyla korlayanlardan oldum..”- Cümlələr hər dəqiqə onun sinirlərini oyadırdı qatı milliyətçiydi və millətinin belə alçaldılmasına dözə bilmirdi, amma anlamırdıkı yazını yazan digər millətləri dəstəkləmir nə də millətlərlə bir davası yoxdu sadəcə nə ola bilərdi ama nə olduğunu yazıb,o xarabalıqdan tapdığı bu dəftərin kimə aid ola biləcəyni ya da bura necə gəldiyini fikirləşirdi.Bunu yazan indi həyatdadı ya yox öz ağlında götür qoy edirdi,dəftərin cox səhifəsi cırılmış , əzilmişdi üz qapağında Enigmam yazısı güclə oxunulurdu səhifələri daha da irəli çevirdi - “Nifrət etdiyimiz işlərdə işləyib lazımsız şeylər alırıq,bizlər tarixin ortancıl övladlarıyıq.Məqsədimiz ya da yerimiz yoxdur,bizim savaşımız ruhani bir savaşdır,televizor qarşısında böyüdülərək milyoner film ulduzu ya da rock ulduzu olacağımıza inandıq,amma olmadıq və bu səbəbdən çox hirsliyik..!!” – sözlər hansısa filmdən tanış gəlirdi görünür qeyd üçün yazılmışdı səhifənin sonunda Sabirin şeirinden bir parça yazılmışdı
“Çıxdı günəş doldu cahan nur ilə,
Cütçü sürür tarlada çüt şur ilə,
Atlar öküzlər kotana güc vurur,
Gah yeriyir , gah yıxılır , gah durur.” – altınada balaca həriflərlə-“heç cütçü də ola bilmədim” – sözləri yazılmışı.Artıq səhifələri daha tez tez çevirməyə başlamışdı və hər səhifədə gözünə qısa qısa sözlər cümlələr ilişirdi – “hurt agony pain, love it.”,“Simurg”,“İlyada” “Həyatdan istefa edirəm”, “ Mən tanrıya qiptə edirəm,millətdə mənə”,“İnsanlar kalleşdir”,“Mənim Tanrım Sərxoş”, “Hər kəs özünü axtarır,mənsə özümü qururram,sıfırdan.”, “Safonun lənəti”,“ Beynimlə ürəyimin savaşı”,“biraz seratonin cox az”, “Не верь, Не бойся, Не проси !!!”,“nullibizm” ,“kleo” – hər səhfədə hər vərəqdə yarımçıq mütəlif dillərdə yazılar, sloqanlar, qeydlər.. “Zaman her şeyi deyiştiriyor tıpkı kendini yenilediği gibi,ama bizim ondan farkımız o her seferinde aynı rakamların etrafında dönüp dururken biz her seferinde yeni bir düşünceye kapılıp gideriz ve eskiye sadık kalmayız bu bizim sadakatlığımızımı yoksa doğruya sadık kalmamızımı gösterir bilemeyiz bildiyimiz tek şey yaptığımızın doğru olduğu ve tabi kendimize göre..”
Oxudu oxudu oxudu sonra saatına baxdı çox gec olmuşdu getməliydi cibindən mavi qələmini çıxarıb dəftərin alt tərəfinə bir cümlə yazdı -“əgər həyatdasansa ,məqsədsiz gələcəyə doğru addım addım ilərləyən narsist,o biri tərəfdəsənsədə cəhənnəm qapısının nökəri olmusan yəqin..(arzuna çatdın təbriklər)” – Sonra tapdığı bu qara dəftəri elə aid olduğu bu xarabaxanaya tullayıb gecənin qaranlığında yox olub getdi…
Belə…
P.S – Sərxoşun qeydləri..(əsərdən parçalar)
Xancan Kərimov 2009-08-15
