Həyatda, Entropiya­nında bir sonu var! (?)

Bu dəfə histologiya dərsindəyik,ama önümdə histologiya kitabı əvəzinə Michel Thibauxun Kleopatra kitabı var, yuxulu yuxulu oxumağa çalışıram,bu Kleopatrayla əlaqəli oxuduğum 7ci kitab olacaq deyə demək olarki ssenariləri əzbərə bilirəm ama hər dəfə eyni həyəcanla oxuyuram..ətrafdan tamamən təcrid olmuşdum, professorun səsini kəsik kəsik səs dalğaları olaraq qəbul edirdim, bu 20-30dəq belə dəvam etdi,sonar birdən bir söz eşitdim “Entropiya” , gecənin zülmət səssizliyində ova çıxmış qurd öz şikarının səsini eşidəndə qulaqlarını necə şəkləyərsə məndə bir anda istəmədən üzümü prof.a çevirdim,o niyə o kəliməni işlətmişdi , nə əlaqəsi vardı o kəlimənin histologiyayla? dinləməyə dəvam etdim, söhbət amino asitlərin meydana gətirdiyi proteinlərdən gedirdi, proteinlərin quruluşlarındakı nızamsızlıqdan-Entropiyadan gedirdi !!!,,, Proteinlərdə 4 quruluş varki bunlar birincidən başlayaraq mürəkkəbləşir beləki 1ci sadə 2ci nisbətən mürəkkəb 3cü 3D formata 4cü dahada qıvrımlı….Prof proteinlərdəki bu artan sırayla dəyişən nizamsızlığa Entropiyya demişdi,Prof bunu deyib dərsə dəvam etdi,və o nöqtədən sonra artıq profla mənim düşüncəm fərqli tərəflərə ilərlədi o öz dərsinə dəvam etdi mənsə Entropiyya kəliməsinin dərinliklərinə enməyə başladım ,çox düşünməmişdimki tənəffüs başladı sözü telefona qeyd etdimki imtahandan sonar bu barədə mütləq yazmalıyam,indiysə nəhayətki yazıram,saat 3:17dir səhər guyaki qaçışa gedəsiydim ama görünür yenə qaldı o iş, nəysə biz Başlayaq  öz dərsimizə ama histologiya yox ,həyat ,yaşam, fəlsəfə  dərsimizə.

Entropiya termodinamikada İstilik enerjisinin hamısının mexaniki işə çevrilməsinin qeyri-mümkün olduğunu ifadə edən bir göstəricidir. Qısası  bir sistem içindəki nizamsızlıqdır, məsələn otağın bir tərəfindəki ətir qoxusu hər tərəfə yayılır,yada başka bir misal şəffaf bir suya rəngli bir maye əlavə etsək o heçdə nizamlı bir şəkildə yayılmayacaq.Yenə bir bisal məsələn siqaret tüstüsü,hər bir siqaret tüstüsü nizamsız olaraq ətrafa yayılar.. fikirləşin bir meşədə gəzirsiniz ama bütün ağaclar sırayla eyni məsafədədir, heç tərəddüdsüz bunun insanlar tərəfindən edildiyini düşünəcəksiz, niyə? çünki təbiətə müdaxilə edilməzsə o nizamsız olaraq, cəngəlliklərdən ibarət olardı və bu daim artış göstərərdi.Çox misal çəkmək olar,məsələn “bağa baxarsan bağ olar baxmazsan dağ olar” misalı,bağlarımıza baxmasaq nizamsızlıq artar və otlar basar tikanlar bitər, saçımızı kəsdirməsək dağınıq olaraq uzanmağa dəvam edər-nizamsızlıq-Entropiya..”Qoz beli qəbir düzəldər”-hər nə qədər atalarla aram yaxşı olmasada bəzən istifadə edirəm onlardan))bax elə bu atalar sözündədə Entropiyaya işarə var..qoz belin beli nizamsızlığa dəvam edir taaki sona qədər….Bütün bu misalları niyə çəkirəm?Əslində termodinamik bir qanun olan Entropiyyanın həyatda bizi necə izlədiyini göstərməkçün,yəni heçkim və heçnə nizama doğru addımlamır,hər şey nizamdan nizamsızlıqa doğru addım-addım ilərləyir…inanmırsız?bu misallar sizi qani etmir?yaxşı onda bu yazını oxuyub bitirdikdən sonra ayna qarşısına keçin,üzünüzdəki çizgilərə yaxşı yaxşı baxın,sonra bir iki ay sonra təkrar o çizgilərə diqqət yetirin artacaqlar..onları xatırlayacaq qədər yaddaşınız yoxdursa üzünüzdəki çizgiləri müəyyən edəbiləcək bir foto kamerayla üzünüzü çəkib sonralar yenidən baxıb fərqi görə bilərsiz..bu misalda bəs eləmir sizə?onda tarixə baxaq , əcdadımız.. Adəmdən başlayaq..Cənnətdən qovuldu,edilməməsi lazım olan səhvi etdi , qaydaları pozdu,bu taa o gündən bu günə nizamsız olaraq artan insan xarakteridir,eləcədə Adəmin etdiyi səhvi ilk fürsətdə Həvvanın üstünə atmağıda insanoğlunun xarakterində silinməz bir yer buraxıb,şər atmaq , satmaq,o gündən bu günə insanlar arasında artış göstərə göstərə gəlmirmi?yaxşı ilk tayfalar?bir birinin çörəyinə göz tikməmişdimi?indi necədir bəs?indiki Tayfalar bir birinin canına göz tikiblər…yenə Entropiya.. Özlərinə və cəmiyyətə zərərli insanlar necə ortaya çıxırlar ki?!… Onlar dünyaya bu hallarıyla gəlirlər?!… uşaqlıqdan gənclikdən ailə tərbiyəsi görməyən,yada heç ailəsi olmayan küçələrdə böyüyən uşaqlarda hansı əxlaqdan danışmaq olarki??hansı ac insan küçədə gördüyü bir çörəyi alıb yeməz??küçələrdə aclıqdan ölən biri olsanız bir miqdar pul tapsanız sahibinidə bilsəniz onu sahibinə verərdiz?şəxsən mən qarnımı doyurardım.o insanlarda belə,küçələrdəki həyatlar… Gözlərimizin qarşısında mənəvi Entropiya yaşayan insanlardır onlar., əxlaq  potensiallarını gedərək itirən və asan yoldan pul qazanmağa çalışan insanlar, kobud, təcavüzkar, davamlı haqq tapdalayan, insanların mallarına göz dikən, namusa cana qəsd edən canavarlar…Əslində onlarda günah varmı?Hitlerin atası sərxoş biri olmasaydı onu tez tez kəmər altına salıb döyməsəydi o yenə belə olacaqdı??“ Bu belə gəlib belədə gedəcək”-yox əzizim bu belə gəlib ama belə getməyəcək dahada artacaq entropic olaraq nizamsız olaraq.Başqa bir deyim,Bir insanda bir problem olanda hamı bir ağızdan “ əşi düzələr,dərd eləmə” düzəlməz,düzəlməz düzəlməz,nizamsız olaraq artış göstərər,əslində bir müddət sonra bizə elə gələrkki bu düzəldi ama yox əslində düzəlmədi düzəldisədə biz əvəzində eyni səviyyəli nələrisə itirdik,bu bir evdəki TV-nin xarab olmasına bənzəyir,usta onu düzəldir ama qarşılığında pulumuzu itiririk bu nə oldu indi bu düzəlmək oldu?? ”Qara ölüm” bəşəriyyət tarixində 100 milyonun ölümünə səbəb oldu,quş qribi və.s sonra bitdi bu yoluxucu xəstəliklər dedilərki düzəldidəə,hara düzəldi ? ya ölənlər??məsələyə başqa bir pəncərədən baxaq,bəşər tarixindəki cinsi pozğunıuqlara diqqət yetirək, cinsi əlaqəyə “giriş” yaşlarına baxaq,avropada bu rəqəm ortalama 16-17dir,və cinsi pozğunluqlar günbə – gün artır,nizamsız olaraq,nizamsızlığa doğru…yəni boşuna Bakının dərdini çəkməyək..Başka bir misal,aldığımız maşını təmizləməsək bir müddət sonra nizamsız olaraq çürüməyə başladığını görərik,əslində təmizləsəkdə çürüyəcək..əlinizin altındakı klaviaturaya diqqət yetirin,köhnəlib,Entropiya,nizamsız olaraq artış,uşaq vaxtkı yatma saatlarımızı xatırlayaq, indikinə baxaq-Entropiya-nizamsızlıq..siyasətə baxaq…Obama ha özünü öldürsün “change!” Erdoğan ha boğaziçinin başını bağladı bağlamadı qəti olan bir şey varki oda entorpiyadır,heçnə düzəlmir,nizamsızlıqa doğru artır.. daş dövrü,tunc dövrü,feodalizm,imperializmin… insani fəlakətlərin artması..mənəvi fəlakətlər..sadədən mürəkkəbə… ilk insanlar daş qayalarda sadə heyvan rəsimləri çəkirdilər indiysə illuziyalar…metro çıxışındakı nizamsızlıqlar hər gün artır,çünki insan  sayı artır ordakı qarışıqlıqda buna mütənasib olaraq artmaqdadır..Entropiya kimi böyük bir qüvvəyə istədiyiniz qədər misal gətirə bilərik yaxşı bəs onunda sonu yoxdur?? Yaxşı, bəs necə olurki Entropiyanın dağıdıcı gücünə baxmayaraq, həyat onu bəsləyərək və böyüdərək özünü var edə bilir? Necə bu qədər kövrək quruluşa və həssaslığa baxmayaraq həyat dəvam edir? Günəşimizin diametric dünyanın diametrindən 109 dəfə böyükdür. İstilik və işıq qaynağımız günəşdə hər saniyə 564 milyon ton hidrogen heliuma çevrilir. Bu reaksiya nəticəsində günəş kütləsindən 4 milyon ton itirir (enerjiyə çevrilir). Əgər maddə əbədi olmuş olsaydı,yada Entropiyaya uyğun olaraq nizamsız hərəkət etsəydi  günəşimiz indiyə qədər çoxdan kütləsini itirib sönmüş olacaqdı. Elə isə maddə əbədi deyil,və həmdə Entropiya kimi böyük bir qüvvə burda sona yetir çünki onun bir Yaradanı vardır…aha göründüyü kimi Entropiya deyilən qüvvənində kainat və təbiət baxımından bir istisnası var. Entropiyaya  görə əgər maddə və zamanın ilk yaradılışı bir böyük partlama (big bang) ilə başlayıbsa, bu partlamadan zaman içində bu günki qalaktika və ulduz sistemlərinin ortaya çıxması, Günəş sistemi və Dünya kimi dəqiq işləyən nizamların mövcudluğu Entropiyanın  burda sona yetdiyini göstərir. Bayaqdan Entropiyaya misallar sayıram heç ağlınıza bunun tərsi olan hallar gəldimi?yəni nizamdan nizamsızlığa gediş ama təkrar nizama dönüş,bir misal çəkim:. Baxımsız bir ağacın budağında çürümüş bir meyvə torpağa düşər , ölər. Ölmüş meyvənin ölmüş nüvəsi düşdüyü yerdə çürüyər, yəni Entropiyaya boyun əymiş görünər ama yeni bir həyatın, yeni bir ağacın doğulmasına səbəb olar, Entropiyaya müqavimət göstərər,meydan oxuyar, İlahi qüdrət ölüdən diri çıxardar.. Təbiət baharda yamyaşıl bir örtü olar, məhsul verər. Qışda,qışın soyuqluğunda hər şey nizamsız olaraq məhv olar ama, bir müddət sonra ilahi iradə ölmüş təbiəti,nizamsız təbiəti canlandırar,buda Entropiyanın sonu.. Əlbətdə yox,səbəb-nəticə məntiqiylə hərəkət etsək görərikki yox.Elə bu mövzuyla bağli qarşı çıxdığım deyimlər var məsələn

O histologiya dərsindən sonra elə sinifdəki tələbələrlə basketbol oynuna getdik, dərsdən sonra elə hey Entropiyyanı düşünürdüm ,bizim evdəki uşaqlardan biri gəldi mənə:

-“ee dostum eyleniomusun?”-dedi

-yok yaw,şu profun entropiyle ilgili sölediklerini düşüniodum,hayatdakı entropilerimizi,mesela bak şu basket sahasına,iki kişi olursa sadece basketler arasında gidilebilecek en kısa yolu giderler hedefe ulaşmakçin ama kişiler arttıkca gitdikleri yollar düzensizleşir, ne mükemmel bir entropi ama dmi?!

-“üfff,artist herif,yinemi hayal kuruyosun,bırak şu hayallerin peşini gerçek hayata dön salak !”-deyə mırıldandnı,mənsə ona Allenin məşhur sözlərini xatırlatdım:

-“Dur Hasan gitme,dinle, dünyanın gördüğü her büyük başarı önceleri bir hayaldi.. En büyük bir çınar bir tohumda,en büyük  kuş bir yumurtada gizliydi.. benim düşünceleriminde gerçek olduğu gün gelecekdir dostum, sabr et sen…”

P.S – Artıq Entropiyyanın nə olduğunu daha yaxşı bilirsiz, bəs, həyatınızdakı Entropiyaları nizama salma vaxtı deyilmi? bu gücə maliksiz??(!)

Xancan Kərimov , 5:42AM  ,24 / 11 / 20008 , Turkey/Adana

FaTaLidaDe (Alın YazıSı)

Bugün səhər sübhün o mükəmməl havasını qoxlayaraq,evdən çoxda uzaq olmayan universitetin həyəti tərəfdən qaçışdan gəlirdim,günəş hələ doğmamışdı günün ən soyuq vaxtıydı ama soyuq ləzzət edirdi,nəsə kefim yerindəydi.Çox təəssüfki bu kefiköklüyüm çox çəkmədi evə yaxınlaşanda 30-40 m irəlidə bir gənci maşın vurdu..Artıq o bizim fani həyatdan uzaqlaşmışdı..Çox pis oldum , o gəncdə mənimki qaçışdan gəlirdi və heç şüphəsiz onada bu təbiət xoş gəlmişdi..Onun yerində məndə ola bilərdim.Bəs nədir bizi bu qədər qəzalardan qoruyan.Nir tikinti binasının altından keçəndə ya bir cəza olsa,vəya bir gün yatıb qalxmasaq?18 yaşım var saniyələrə bölsəm anlara bölsəm,nə qədər qəzalar ola bilərdi bəs necə qorundum.. 80 il yaşayan bir insan 29.000 gün 700.800 saat 42 milyon dəqiqə bütün bu qəzalardan qorunur..Dayandım,Düşündüm o gənci maşın vurma səbəbi nədir. sürücünün əsəbi ola bilər. sürücünü əsəbiləşdirənsə qarşıdakı sürücününün siqareti yola atması ola bilər. O sürücünündə siqareti atma səbəbi əsəbdəndi tutaqki,onun əsəb səbəidə oğlunun xəstələnməsi,tutaqki oğlunun xəstələnmə səbəbi anasını səhvi anasının diqqərsiz olması nostajyik bir hiss və.s və.s belə belə uzanıb gedir,Mekəmməl bir Determinasiya!zəncirvari olaraq.bəs bunların hamısı planlanıb?ya necə?təsadüf ya tavafük?Dünyada təsadüfə təsadüf edilə bilməzsə onda bu təvafükdür.bu təvafükdürsə onda alın yazısı var alın yazısı varsa…?? yenə qarışdırdım;;…

Alın yazısı?yoxsa nə?Hər zaman Məktəb illərindən hətda baxça yaşlarımdan bu mövzu məni və ətrafımdakı yaşıdlarımı çox ama çox düşündürüb..Məktəbdə müəllimlərə müzakirələrimiz olurdu ama onlarında hələ bu suala cavab tapa bilədiyini görəndə ümidsizliyə qapılırdım..kimləsə bu barədə söhbət edərkən nə fikrimi çatdıra bilirəm nədə qarşıdakının fikrini anlamıram,Olduqca çox fərziyyələr var bu barədə,ama hələdə tam olaraq cavab yoxdur,çünki mənə görə həyatın mənası elə bundan ibarətdir bu suala cavab axtarmaqdan.Alın yazısı…budur bayaqdan bəhs etdiyim mövzu,bunla bağlı hər zaman yazmaq istəyirdim ama hardan başlayım nə yazım bilmirdim,başa düşdüyümü necə çatdırım,32 hərfdən neçəsini necə bir araya gətirim??Əgər yazdığımdan bir şey anlamayacaqsızsa deməli mən hələdi bu mövzuda əlazsızam((Hər şey atalarımızdan buyana bir sperma zərrəciyinin yumurtalıqla birəşdəyə andan başlayır… Əgər bu birləşmədə bir “döllənmə” hadisəsi reallaşsa ruhun dünya üzərindəki macəralı səfəri BAŞLAYIR . Sıfır nöqtəsindən etibarən bu səfərin necə, nə qədər və hansı keyfiyyətdə sürəcəyi sualı…. Artıq Vusal reallaşmışdır və ruh bədəninə qovuşma yolundadır. Arada, döl həyatı dövrü vardır. Bu dövrün (də qəzasız) müvəffəqiyyətlə tamamlanması nəticəsində DOĞUM reallaşar. “Doğum” həyatın başladığı an deyil amma bir çesit “avtonomluq” dur MƏNDƏ VARAM yəni məndə gəldim. Eynilə “toy” kimi bir mərasimdir. Dünyaya gələnqulun “qeydiyyat” edildiyi bir şey kimi. Ruh artıq “laməkan” deyil.və dünya həyatını iliklərinə işləyəcək qədər sıx yaşamağa hazırdır. Ruhdur bədənə motivasiya verən. Onu həyatda tutan və həyata bağlayan. Bu elə avtomatik bir vəziyyətdir ki, “ruh-bədən” birlikdəliyini heç baaşa düşə bimərik. Çünki kölgə kimi bizi həmişə izləyər və onsuz bir həyatın varlığını heç düşünə bilmərik. “O”nun varlığını da heç düşünmərik. Çünki O həmişə vardır, yoxluğu və yoxluğunun nəticəlilərini ömür boyu bir ya da bir neçə dəfə hiss edərik. Belə deyim gecələr günəşimiz yox olur ama heçkim təlaşlanmır,ruhda belə yoxdur vəya görmürük ama təlaşlanmırıq. ətrafdakı hava qədər təbiidir, içdiyimiz su qədər təmiz…. bəzən ruhumuzun ağrıdığını, burxulduğunu, sızladığını hiss edərik. Çünki ruhumuz ilə bədənimiz arasındakı ən əhəmiyyətli körpü hislərimizdir. Hislərimiz bədənimizin ruhumuza açılan pəncərələridir. Ruhumuz bədənimizlə, hisslər vasitəsiylə xəbərləşir. Xarici dünyadan gələn məlumatları bu kanallarla alır və yenə xarici dünyaya bədən vasitəçiliyi ilə bu kanallarla bağlanar. Bir gül ya da bir kağız sizi niyə ağlatsın? Bir telefon ya da bir mahnı niyə kədərləndirsin? “Ruh və bədən”; onlar artıq ayrılmaz bir ikilidir və birini çağırdığında “ekizlər” kimi o birisi də avtomatik gəlir. Bu elə sehirli bir birlikdir ki ruh bədənə zövq verdikcə, və bədən ruhuna sevgi və diqqət göstərdikcə həyati gücləri “sinerjik” olaraq artar və bir-birlərinə qarşı olan könül bağları möhkəmləşər-güclənər. …Bir sözlə həyat axını dəvam etməyə başlayır. Bu gün bazar, bu gün bazar ertəsi, bu gün çərşənbə axşamı, bu gün çərşənbə… deyə deyə. Hər doğan gün yeni bir doğuşdur, qaranlığa basdırılan günün ardından. Yeni başdan qurular inanclar, səbrlər, həvəslər və ümidlər. Çünki yeni bir gün, həyatı həyata adına verilmiş “yeni bir şans biletidir”. Bəlkə bu gün kəşf edərik həyatın mənasını, bəlkə bu gün sıyrılarıq problemlərdən, çətinliklərdən, bəlkə bu gün taparıq xoşbəxtliyin açarını! Gün ola, xeyr ola!Yeni günün ilk işıqlarıyla təmizlənərik gündəlik günahlarımızdan. “Dünən dünəndə qaldı, bu gün tər-təmiz boş bir səhifə açıram” deyə ovudarıq özümüzü.ALDADARIQ Sanki dünənki “mən” mən deyilim. Sanki dünənki yaşadıqlarımın məsulu bir başqasıdır. zibilini avtobusda buraxan yolçu kimi enərəm dayanacaqda., çünki dünya unutqandır, çünki dünya bağışlayıcıdır, hə???Doğan hər bir yeni gün dünyada bizə təqdim edilən bir nemətdir. Əvəzsiz bir nemət

Həyatımızdan hüceyrələRi alan zamana qarşı ayaqda dayanmaq üçün müqavimət göstərirdik, mübarizə edirdik. Bir böyük şəkilin fiqurlarıydıq. Şəkilin meydana gəlməsi üçün bizə gərək vardı. Vahid olmasaq şəkil pozulardimi??. Olmasayqdiq eksiklik hiss olunardi amma şəkilin bütünlüyü pozulmazdı. Böyük ehtimal yoxluğumuzu heckim anlamazdi.Qumdan duzeldilmiş qalada bir qum dənəsi əskik olsa kim anlar? hm?

İnternet dünyası ilə tanış olanların məni daha ratah basa düşər. Çünki ətrafımızda hörülmüş “paralel həyatlar” var və bunlar bizim həyatlarımız bir KUKLA kimi istifadə edilir, .Bunu anlaya biləcək şüur səviyyəsinə çata bilmək asan deyil. Mən də anladığımdan deyil, şephlərimdən ötəri danışıram. Səhvdə ola bilərəm.. Üzdüyümüz okeandan xəbərsizik.. İronik bir şəkildə həyatlarımız bizə TƏBİİ gəlir. Suyu içdiyimizdə, aynaya baxdığımızda, lampanı yandaıranda, istidə tərlədiyimizdə, asqırdığımızda, telefonla danışarkən, , biriylə söhbətdə, yağış yağarkən, yorğunluqdan sızdığımızda, bizim kamanda qol yediyində, qəsəbədə olanda, doğumda, ölümdə, evlilikdə, dini mərasimlərdə “həyatı” heç fikirləşmirik. Elə bil Hər-şey olması lazım olduğu kimidir və üsul-üsul olur.

Heç düşünmürük hansı məktəb bitəcək, hansı peşəsni icra edəcəyik, hansı eşqlər yaşanacaq, neçə səfər intiharın eşiyindən dönüləcək, kimlə evləniləcək, neçə qəzaya düşüləcək, neçə dəfə stresə giriləcək, neçə adamın gələcəyi ilə oynayacağıq, kimlərdən uşaq ediləcək və kimlərin ölümünə səbəb olacağıq? Bir teatr səhnəsidir bu dünya.?? Repliklerimizi əzbərləyib, yaxşı roldaolduğumuzu sanırıq… amma, yaşananların neçəsi bizim fərdi təşəbbüsümüzün əsəri? İçində olduğumuz səhnəni sənmi mənmi bizmi qurmuşuq! Biz yalnız kuklayıq. Müvəffəqiyyət də, müvəffəqiyyətsizlik də bizə aid deyil. Yalnız o parlaq ekranda özümüzü seyr etməyi çox sevirik. Könülümüzü çox oxşayır. düşünün, eşqbazlıq etdiyimiz anlar olur..Məsələn bir insane cıxır qarşına fikirleşirsənki əgər təsadüflər yoxdursa onda bu insane mənim həyatımda bir mənası var və bu fikirə dayanaraq onla yaxın olursan,sabah açılır o yoxdu,heç vecinədə deyil,bəs nə oldu dünənki fikirlərin.. Okeanda üzən bir balıqıq və “okeana hökm edə biləcəyimi sanırıq…”.Bu deyim doğrudurmu?? Həqiqətəndə bizim Alın yazımız dəyışməzdir?

Əslində Nə çox istəyərdik rahat, kefli, zəmanətli, xoşbəxt bir həyatımızın olmasını. Bu yaşımıza, bu günümüzə qədər nə hadisələr sovuşdurduq. Dolana bilmək üçün, ətrafla uyğun ola bilmək üçün, özümüzü bəyəndirə bilmək üçün, pul qazana bilmək üçün, xəstəliklərdən və şikəstliklərdən iraq dayana bilmək üçün, evimizi, işimizi, canımızı oğrulardan qoruya bilmək üçün.

Hələ yaxın ətrafımızdakı yaxın yoldaşlarımız… Kimi iş ortağımız idi, kimi iş yoldaşımız idi, kimi qohumumuz idi, kimi məhəllədən tanışımız, kimi sevgilimiz, Ən çox onlardan təsir edir bizə. Çünki həyatımıza ən çox onlar girirlər. Hərçənd, bu əlaqələr sandığımızdan da dolaşıq idi. Həyat həmişə mübarizəylə keçir. Sabit bir həyat təsəvvür edə bilmirəm. həmişə daha yaxşısını arzu edirik amma həyatın çətinlik və çətinlikləri yaxamızı buraxmır. Halbuki nə xoş olardı dərdsiz və dərdsiz bir dünya. Gələcək qayğısız bir nizam olsaydı nə gözəl olardı.

Çarx-ı fələk oyunundakı kimi PAS və İFLASlar həmişə yolumuza düzülmüşlər və bizi gözləyirlər. AMA o İflasların və pasların arasında xallarda var UNUTMAYAQ Həyat niyə bu qədər çətidir axı? Rahat yaşasaq və rahat ölsək çox daha yaxşı olmazmı? Əlimizə bir yol xəritəsi verilsə və biz o xəritəyə görə yaşasaq; bu mümkündür? Amma, bəlkə də bir xəritə var. və bu xəritə təhlükəsizliyimizə qaranti vermir. Dünyaya göndərilmişik HƏYAT oynumuzu oynamaq üzrə. Özünə görə bəzi qaydaları var. ama başımıza nə gələcəyini bilmədən Şah da ola bilərik dilənçi də. Xoşbəxtlikdən çatlaya bilərik də, kədərdən qovrula bilərik də. Əgər həyat yolu üzərində heç bir-şeyin heç bir zəmanəti yoxsa, bu ədalətsizlik deyilmi?

Hansımız bu oyuna könüllü qatıldınız, hansımız məcburi? Bir anlıq kef üçün cəhənnəm alovuna basmağa razı olan bizlər deyilikmi? Elə hey bağışlanarıq deyen bizlər deyilikmi? Bir şansınız daha olsaydı, yenə dünyayamı gözlərinizi açardınız?

. Bəlkə də bir CD kimi əlimizə verilmiş Alın yazisını oynayırıq heç anlamadan. O CD ki sabit və dəyişməzdir! Oynayırıq həyatımızı və dönüb baxırıq özümüzə mən nələr etmışəm deyə.. riyazi funksiyalar kimi bizim də qərarlarımızı və edəcəklərimizi təyin edən funksiyalar var. bu funksiyaların dəyişənləri xarakteristika xüsusiyyətlərimiz, ailə, mühitinə girdiyimiz yoldaşlarımız vs. sümüyümüzdə olan kalsium miqdarının 0.5 mq az olması bizim həyatımızı dəyişdirə bilər. vəya xəstəxanada qalanda bir tibb bacısı gəlib bir iynə vurar səhv olar vəfat edərik.onda belə cıxırki həyatımız onun əlindədi?? Bu əvvəldən bilinirdi ya təsadüfən oldu?. bəli bu mənfi bir senaridir ama həqiqətdir… Qısqanırıq çoxlarını . Sanki onların şansı, imkanları, enerjiləri və pulları heç azalmaz. Sizin min bir əmək, diqqət və əziyyətlə qurduğunuz, meydana gətirdiyiniz ya da sahib olduğunuz bir şeyi onlar çox asan bir şəkildə xərcləyə bilər.Bu, onlara tanınmış bir imtiyazdır,?Biz niye elə deyilik.?…bu sualları nəqədər artıra bilərik elə deyil??Ama çox uzatmayacam..indiysə Sizə öz həyat fəlsəfəmi yazım bir iki cümlə,Bir çox missal gətirə bilərəm,Məsələn elə başa düşəkki həyat Formul 1 kimi bir yarışdır.və maşınlar(İNSANLAR) var Zirvə(ƏBƏDİ DÜNYA) məlumdur bu yarışa girənlərin hamısı əvvəl axır ora gədəcək,Başqa cıxış yoluda yoxdur.Elə Təsəvvür edəkki yolda bonuslar(FÜRSƏTLƏR) var kimi yarışmaçı onlardan çox yığır, kimisi yığa bilmir, kimisidə yığır itirir ..Yəni Bu yolda Fürsətlər var ama hansı yarışmaçı bonusların çox olduğu tərəfdən gedəcək zirvəyə hansı az olduğu tərəfdən.Hə birdə oyunda cərmələrdə var əlbətdəki onları ETMƏK OLMAZ !oyunda hər şey var benzin doldurma stansiyaları(XƏSTƏXANALAR) və daha nələr və oyunda iştirakçılar 6 milyard nəfər))
DİQQƏT : Oyunda dophinq olmaz haaa)) hər nə qədər formula da dophinqə ehtiyac yoxdusada bu sadəcə bir misaldı…
P.S- Yazdığımı qayıdıb birdə oxudum deyəsən biraz qarışıq yazmışa,Sorry ama günah məndə deyil həyat belə tələb edir))
Xancan Kərimov !2 Ekim 08 . 5:32 PM Adana\Turkey

Follow

Get every new post delivered to your Inbox.