Sosializim – Kommunizim ,Kapitalizim ya tamam başqa bir sistem??…
12 Dec 2009 Şərh yazın
in Filosofía, Politica Tags: communizm, Kerimov, kərimov, kommunizim, meqaleler, məqalələr, politika, sosializm, Xancan, xancan kerimov, xancan kərimov, xancano
Hər halda deməyə ehtiyac yoxdur,hamınında bildiyi kimi günümüzdə gənclər arasında “fərqlənmək” yeni dəbdi və bu yola baş vuranlar ya geyimini ya danışığını yada ideologiyalarını dini inanclarını dəyişir və “BUDA MƏN” deyir..Bu seçimlərin başındaysa Emo , Gothic , Ateizim , Satanizim ,Darvinizim , Şəxsiyyətə pərəstiş , Reper Rocker ,və daha nələr…Və bu seçimlərdən biridə məhz elə Sosializim – Kommunizmdir.. Hərənin öz seçimi var bu seçimlərə qarışmaq fikrim yoxdur,ama bu tip quruplara ayrılmış gənclərin çoxu heç nə etdiyini bilmir,sadəcə fərqlənir. Nə etdiyini bilməyən bəzi ZAVALLIlara kömək məqsədilə “loru dildə sosializim”-in nə olduğunu başa salmaq istərdim… Sosializim nədir? Sosializimi necə qəbul edirik? Bir şüar yadıma düşdü istər istəməz “ Liberte ,Egaelite,Fraternite ,ou la mort !!!” yəni,-Azadlıq ,Bərabərlik,Qardaşlıq,yada Ölüm !!!… Bir növ sosializmin şüarıdır..Sosializim indiki göründüyü kimi Olmur,Olmayıb,Oladabilməz !! Hər bir təriqətin ideologiyanın təməli,bünövrəsi mükəmməl olsada sonradan o təməlin üstündə çox oyunlar oynanılır,dəyişdirilir, “Təkmilləşdirilir” (guyaki!)…Sosialimdə bu təsirlərə mərzu qalmış və günümüzdəki formaya gəlib çıxmışdır.Sosializmin təməlindədə dəyişikliklər olmalıdı hər halda təməldədə səhvlər var.Yada mən sosializmi , Marksı , Engelsi heç başa düşməmişəm..Yox yox məncə səhv məndə deyil səhv sosializmin müasir təmsilçilərindədir,onlar sosializmi səhv tanıdır məncə.Elə keçmişdədə 68 illərindəki Sosializm dalğalarındada məncə artıq-əskik çox faktor olub.Ən böyük Diktatorlarında getdikləri yolda səhvlər əlbətdəki olub.Fidel Castro Rusyanın sosialist sistemiylə tamamiylə razı idi ,yəni bir növ səhv yoldaydıda deyə bilərik,Ama Ernesto Che Guevara Fidele bu barədə çox vaxt xəbərdarlıq edirdi-Rusya Tam olaraq sosialist deyil deyə..Sosializm deyiləndə ağıla o dəq. Rusya yada Çin vəya Kuba gəlməməlidir.Mənə görə sosializm İmperyalizmin qarşısını ala biləcək tək yoldur,ama təbbi ki Rusya yada digər sosializt ölkələrin sistemi deyil yeni bir sosializm sistemi olmalıdır.Rusyanın Materyalist olaraq tanınması daha doğrusu materyalist olması,Materyalist təhsil verilməsi və yüksək vəzifələrdəkilərin Materiyaya inanması hər şeyin mənasını maddələrdə görülməsi və.s.. Və əlbətdəki o vaxtki Sosializmin başında duranlarının İnamsız olması o işin ciddiyətini itirir yəni işə qara əllərin qarışmasına kömək edir..Və istər istəməz nəzəriyyənin hamısı ateist və materialist bir fəlsəfi təmələ söykənirdilər. Yaradıcının varlığını qəbul etmirlər, təkamülə müraciət edirdilər.Materialist və ateist ədəbiyyata baxdığınızda, din və ağıl anlayışları arasında inadla bir ayrı-seçkilik edilməyə çalışıldığını görərsiniz. Halbuki bu son dərəcə ucuz bir aldatmacadır. Cahillikdir !!.Çünki ağıl və din arasında bir ayrı-seçkilik ola bilməzSöhbətə dini qarışdırmaq istəmirəm ama məncə əmmn ideal sosializm “İslami Sosializim” olması olardı..bunun digər variantıda yəni “İslami Kapitalizim”.Yəni məsələn bir misal çəkim, Afrikalı Afrikanın təbii qaynaqlarını istifadə edərək istehsal edir. Üstəlik qaynaqların gələcəyi təhlükə altında olmasına baxmayaraq bunu edirlər. Balığı Afrikalı balıqçılar tutur, Afrikalı fabrik işçiləri işləyir, verdiyi əməklə balığın dəyərinə dəyər qatır və qiymətinidə özü ala bilməyəcəyi qədər bahalı edir və yenə Afrikalı işçilər öz əlləriylə o balıqları yük təyyarələrinə yükləyir.Və balıqlar “Uçur gediR”Bir düşünün öz əlləriylə çıxardıqları balıqları niyə yeyə bilmirlər bu insanlar? Ac olduqları halda.. Və i o balıqların miqdarı o qədər çoxdurki kim bilir neçə Afrikalını doyura bilər. düşünün, bu insanlar yalnız ixraç edilən balıqlardan geri qalanlarla qarınlarını doyurmağa çalışırlar-sür sümükləriylə … Yəni bir də balığın əsl qida dəyəri yüksək hissələriylə də ixrac edəcəklərinə özləri yeyə bilsələr kim bilir neçə milyonunun aclıq problemi həll edilə bilər. Ovlanan balıq miqdarı həftədə 400 tondu təxminən!!! Yəni ixraç edilən bu balıqlar Afrikalının qarınını doyurma imkanını da əlindən alır. Açıqca, imperializm Afrikanı istismar edir. Təbii qaynaqlarını qurduğu qanuni qaydalara dayanaraq istismar edir! Və daha bilmədiyimiz neçə yolla məasələn silah sataraq istismar edir! AIDSin qarşısına xalqı şüurlandıraraq keçəcəyinə, xəstələrə dərman satmağı seçir, dərman satır, istismar edir.!!!
- Bax Sosializim mənim üçün bu insanların, öz ölkələrinin qaynaqlarıyla, öz əməkləriylə çıxardıqlarını yenə özlərinin istifadə edə bildiyi Sistemdir
- Mənim üçün Sosializim insanların çıxararkən kor-koranə çıxarmadığı, təbiəti, ekosistemi və gələcəyi də göz önünə alan və ciddi qəbul etdiyi sistemdir !!
- Sosializimi gücləndirilən iqtisadi imkanlarla və infrastrukturla hər cür elm sahəsində işlərin, açıqlıqla, tərəfsiz edilə bildiyi sistemdir.
- Yaradılmış bu elmi alt quruluşun da gücləndirdiyi, tərəfsiz təhsil sistemi ilə yetişdirilən insanların, hansı xəstəlikdən necə qorunulmağı bilən, tarix, fəlsəfə, sənət, idman və insanı insan edəcək bütün digər mövzu və sahələr, kosmosu, dünyanı, cəmiyyəti, insanı, cahilliyi, paylaşmağı vs. bir çox, konkret, mücərrəd mövzunu, anlamağı, qiymətləndirə biəcəyimiz, müzakirə edə biləcəyimiz sistemdir istədyim Sosializim
- Fərdin, təbii qaynaqlardan layiq olduğu payı alması sayəsində həyatda qala bilməsi cəmiyyətlə bir olduğunun, cəmiyyətin bir orqanizm olduğunu təsəvvur edin fərdin özünün də bu orqanizmə daxil olmasından ötəri, cəmiyyəti, yəni orqanizmi, yəni həmrəyliyi gücləndirmənin əslində özünü gücləndirmək olduğunun h, azad seçkiləss etməsi, özünü inkişaf etdirib, dinclik və xoşbəxtliklə, həqiqətən insan olaraq yaşaya bildiyi sistemdir mənim İSTƏDİYİM Sosializim
SSRİnin sistemini tam olaraq bilmirəm və yazdıqlarımdan SSRİ başa düşülməsin. Düzdü çox əhəmiyyətli bir yeri var tarixdə bir sosializim təcrübəsi olaraq ama qəbul edilməlidir ki heç bir zaman nə tam olaraq sosialist nə kommunist ola bilmişdir. Mənim üçün Sosializimdə fərdin azadlığı imtina edilməzdir. Heç birimiz tam olaraq təxmin edə bilmərik gələcəyi, Marks “bir gün bütün dünya Sosializmi qəbul edəcək” deyirdi ..ama heç birimiz bunun doğru vəya səhv olduğunu biləmmərik..Buna görədə sosializm və kapitalizmə alternativ modellərin təkrar araşdırılması lazım olduğunu düşünürəm. Bir çoxları “Sosializm bittdi və dövrün şərtlərinə uyğunlaşa bilmədi ” deyir ama kapitalistlər ilə sosialistlər arasındakı Soyuq Savaşı kapitalistlər qazandı desək daha doğru olar. Kapitalist tərəfdarları haklı ola bilər kapitalizmi daha humanist hala gətirə bilərik. Bəs indiyə qədər niyə bunu etməyib bu kapitalistlər…!?Məncə bunun yerinə dünyanı kimlərin idarə etdiyini özümüzə sual etməliyik… Kapitalistlərin sərhədsiz böyümə azadlığı gələcəkdə bizi haralara aparacaq?Bu problemin cavabı mənə qorxuducu gəlir. Yalnız bunu düşünürəm… Düzdü sərmaye böyüdükcə yeni investisiyalar və yeni iş imkanları doğulur. Və daha yaxşı bir vergi sistemiylə sərmayədən daha real vergi alına bilər.Daha yaxşı bir vergi sistemi, daha ədalətli birt sistemi, daha yaxşı təhsil, daha yaxşı bir sağlamlıq, yaşana bilər bir mühit, insan haqqlarının inkişaf etdirilməsi, daha çox demokratiya, dövlətlərin şəffaflaşması, cəmiyyətin daha çox isvestisiya qoyması, qadını haklarının inkişaf etdirilməsi. ..vs, vs davamlı və dəyişən yollar. ..daha çox… daha çox demokratiya… Mən də böyük inqilabların faydadan çox zərər gətirəcəyini bilirəm. Heç olmasa o inqilabı yaşayanlar üçün. Digər tərəfdən bu ankı dövlət siyasətlərinə baxdığımızda təəssüf ki, vəziyyət düzəlməkdən çox gedərək pisləşir.
Dövlətlərin başındakılar öz güclərini qorumaq üçün ağla sığmaz üsullara müraciət edirlər. Gücü əlində tutan gücünü bölüşmək istəyər? Buna görə GÜCLÜLƏRDƏN daha çox vergi alına biləcəyinə də inanmaq çətin gəlir mənə. Gücü əlində tutanlar daha çox güclənmək üçün hər şeyi edəcəklər. Çünki sərhədsiz böyümə azadlığı var. Niyə daha azıyla kifayətlənsinlər ki? Deyəcəksiniz ki “Kapitalizm daha demokratik, daha ədalətli, təhsildə, sağlamlıqda, insan haqqlarında, qadın haqqlarında, uşaq haqqlarında daha inkişaf etmiş hala gətirilə bilmişdir bəzi ölkələrdə. Məsələn: ABŞ(!?), Almaniya(!?), Japanya(!?), Fransa(?), …. (ya da Skandinaviya ölkələri) İsveç, Norveç kimi… bacarıla bilmişdir.”. Bəs bu ölkələr sizcə sizin saydığınız demokratiya, ədalət, təhsil və digərlərində inkişaf etdirib? Əgər hamısında və ya bir neçə dənəsində inkişaf etmişsə bunun səbəbini nə olaraq görürsünüz? Ölkələr arası sistemdə “Hegemon” mövqeyində olan ölkələr də müəyyəndir onların böyüməsidə digər ölkələrin iqtisadiyyatlarıyla mümkündür,məsələn elə Amerika Dünyanın ən böyük idxalçılarındandır ama bu idxal etdiyi məhsulun borcünü 2 saatlıq dollar satışından əldə edir.. . Və bir düşünək Azərbaycan Türkiyə və ya hər hansısa bir ölkənin inkişaflınıı hansı hegemonya istərki? Əlbətdəki heç bir Hegemonya !! Çünki onların Hegemon ola bilmələsiyçün özləri xaricindəki ölkələri istismar edə bilmələrinə, pulu, gücü yenə özlərində daha çox yığa bilmələrinə bağlıdır. Öz səviyyələrinə çıxmasına icazə verdikləri bir başqa dövlət əlbətdə istəməzlər, istəyə bilməzlər, kapitalizmin təbiətinə ziddir bu !!Kapitalizm insanın insanın içindəki heyvanı azdırmağa çalışar. Onun ehtirasını ortaya çıxararaq özü üçün istifadə etməyə çalışır.Daha çox daha çox və dahada çox sərvət..
Əslində bu mövzuda yazılacaq çox şey var amma mən uzunca bunları yazmayacağam. Amma buna diqqət çəkmək istəyirəm- Kim rəhbərliyə gəlirsə gəlsin öz mənfəətləri istiqamətində xalqı istismar etməyə davam edəcək. Bundan da imtina etməyəcək. Bunun alternativi olan kommunizmin də praktik olaraq indiki vaxtda tətbiq oluna biləcəyini zənn etmirəm. Çünki kimə inanaraq gücümüzü ona əmanət edə bilərik ki?Hansı DİKTATORA inana bilərki xalq,? “The true revolutionary is guided by a great feeling of love”- Ernesto “ CHE” Guevara,..
P.S- Bircə günəş Qərbdən cıxsaydı…(!(!(!)!)!)
Xancan Kərimov 11 Ekim 1:17 //Adana-Turkey
Ernesto CHE Guevara və Kuba İnQilaBı.
12 Dec 2009 Şərh yazın
in Politica Tags: communizm, Ernesto CHE Guevara və Kuba İnQilaBı., Kerimov, kommunizim, politika, sosializm, Xancan Bextiyar(Batya). Sanka Zver(Cabir). Goygoz Sabir. Yaponcik. Neriman(Lotu). Cavanshir (Sumqayitli). Rehim(Lotu). Hesen Pasha(Lotu). Hikmet(Lotu). Qulu(Lotu) ...
Ernesto CHE Guevara və Kuba İnQilaBı.
Dünən Onun ölüm gün dönümüydü…9 Oktyabr…Universitetin hər tərəfində Şüarlar səslənirdi Onunla bağlı..yenə mitinqfason bir şey idi..Şəhərin küçələri cafeləri parkları hər tərəf Onun şəkilləriylə doluydu..Ama…Ama təəssüf olsunki O şəkillər heçdə nə Kommunizm nədə CHE-ni xatırlatmırdı,Türkiyədə kommunizmin nə demək olduğu hamıya məlumdur,yəni bu özlərini “Çılqın” sayan türklər..çoxları nə etdiyini bilmir burda..Təəssüfki CHE inqilab simvolu yox Bəzək simvolu kimi yadda qalır..Onu tanıdı tanımadı hamı CHE CHE deyir.Ay balam neolub? Kimdi CHE bilirsən??Dünən avtobusda gəlirik hərtərəf Onun şəkilləriylə doludu Yaxasında CHEnin şəkli olan otaq yoldaşım məndən nə soruşsa yaxşıdı?? deyir niyə görəsən yenə Hər tərəf doludu CHEnin şəkilləriylə..Buda mənim kommunistim,hələ birdə yaxasında CHEnin fotosu..Nə deyim??..Ama bilmirki ölüm günüdür.Hamısı belədi bunların.ChHEnin o Məhşur fotosundan istifadə edib pul qazanan kim,ad qazanan kim,ay sizə deyim “qız tutan” kim…Heyf səndən Ay Ernesto..Bu ad çoxlarımıza tanışdı hər halda ama Kimimizçün “Mənfi” kimimizçünsə “Müsbət” mənada tanışdı…Bu Başdan deyimki Ona xüsusi rəğbətim var..Ən azından kolleqamdı)) Doktor CHE və Doktor Xancano))nəysə uzaqlaşmayım..CHEnin həyatını qısaca bir yazmaq istədim nədə olsa bugün sabah bazar günüdü dərs qokku) Ernesto Guevara, qısaca Che Guevara ya da əl Che, Argentina doğulan doktor, Marksist siyasətçi və dövrün Küba partizanları lideri. Hər nə qədər həyatı boyunca onu təsir edəcək olan axəstəlikdən iztirab çəksə də mükəmməl bir atlet olmuşdur. Bu maneəsinə baxmayaraq həvəsli bir rugby oyunçusu idi və ”Fuser” ləqəbiylə xatırlanmaqda idi. Guevara atasından şahmat öyrəndikdən sonra 12 yaşından etibarən yerli turnirlərə qatılmağa başladı. Yetkinlik dövründə şeirə, xüsusilə də Pablo Nerudanın şeirlərinə maraq saldı. Neruda. Guevara, həyatı boyunca şeir yazdı. həvəsli bir oxuyucu idi, maraqlandığı kitablar Jack London və Jules Vernenin macəra klassiklərindən, Sigmund Freudun cinsəlik kitablarından tutmuş Bertrand Russellin cəmiyyət fəlsəfəsi hakda kitablarına qədər hər növ kitab oxudu. Yetkinliyinin son dövrlərində fotoşəkilçiliyə maraq saldı və vaxtının əhəmiyyətli qismində insanları, getdiyi yerləri və sonralarda arxeoloji sahələrdə fotolar çəkərdi..Anasıyla bir birini sonsuz dərəcədə sevirdilər,Anası çox gözəl və cəlbedici bir xanım idi həyat dolu bir insan.Atasıyla o qədərdə yaxın deyildi heç vaxt da olmadı.Atası ona GUEVARA deyirdi mənasıysa “nizamsız,diqqətsiz,səliqəsiz”-dir))bunu biləniniz vardı?))
Tibb təhsili alarkən Latın Amerikanı başdan başa gəzdi və bu sayədə bir çox insanın qarşı-qarşıya qaldığı yoxsulluğu müşahidə edə bildi. 50ci illərdə ERNESTO 1ci sinif bir tibb tələbəsiydi,ama o tibbi buraxaraq öz sinif yoldaşınıda yanına alıb köhnə bir motosikletle inqilabçı xəyallarının arxasınca gedir..bütün yolçuluğu boyunca 39 yaşına qədər günlük tutdu və şeirlərini məqalələrini yazdı..O And dağlarından Pataqoniyaya çölünə enəcək,sonsuz mis mədənlərini gəzəcək,yaşadığı torpaqlara heyranlıq duyacaqdı..O öz Ana yurdunu damarlarında his sedirdi..1952də Argentinaya qayıtdı ..Tibbi bitirdi 24 yaşında 15 dərsi 5 ayda verərək məzun oldu..Hər dəfə tibbə nifrətimi hiss edəndə Chenin bu sözləri yadıma düşür ” Doktorlar dünyanın ən azad insanıdır,çantalarıyla istədikləri yerə gedə bilərlər həmdə sorğu sualsız,getdiyi yerin dilini bilməsinə belə ehtiyac yoxdur”..və Tibbə olan nifrətimi soyudur CHE))Hə məzun oldu ama içindəki gəzginlik hissi onu rahat buraxmırdı və o birdaha geri dönməmək üzərə doğduğu şəhərdən cıxar.Latin Amerika o dövürlərdə qaynayan qazan kimiydi.Che elə o gündən inqilablara qoşulmağa başladı Bu təcrübələr nəticəsində bölgədəki iqtisadi bərabərsizliyi ortadan qaldırmanın tək yolunun inqilab olduğuna anladı və Marksizmi araşdırmağa başladı .Və bir çoxumuzun bildiyi Andı etdi ” kapitalislərin bütün qollarını kəsənə qədər dayanmamağa and içirəm” .. Guatemalaya getdi və orda inqilabçı bir xanımla – Hilda Gadea-yla tanışdı ,Hilda ”American Popular Revolutionary Alliance” (APRA) (Amerikan Məşhur İnqilabçılar İttifaqının üzvü idi,Che və Hilda həftələrlə siyasi söhbətlər edərlər,birlikdə Tolstoy gorki Və Lenin oxuyarlar ama ən çoxda Marks oxuyarlar.Hilda Yaraşıqlı,cəlbedici və məntiqli olaraq gördüyü Cheyə vurulur,onu Sevir.Chedə ona qarşı eyni hisləri hiss edir.Ernestonun evlilik təklifinə Hilda 2 il sonra cavab verir və evlənirlər,çox tərifləyirlər ama inanmayın Hilda heçdə gözəl deyil,məncə yaraşmırdılar))nəysə,Che Başçı Jacobo Arbenz Guzmanın liderliyində Guatemalanın ictimai inqilabına qatıldı və bu onun siyasi həyatının başlanğıcı oldu,Onu həyatının dəyişəcəyi yer Meksika olur.Orda Fidelin balaca qarşı Raul Castroyla tanışır.Fidel isə o vaxtlar gənc bir Advokat idi və kubanı Amerikanın əlbiri Diktator Batistanın caynaqlarından almağa çalışırdı.Kuba isə tamamilə fuhuşun,pul paranın,içkinin olduğu bir bataqlığa qısaca Amerikanın zibilliyinə çevrilmişdi.Batista sərbəst seçimləri əngəllədiyiyçün Fidel silahlı inqilaba əl atır..və Hər Şey başlayır.Fidel elə ilk inqilabda həps edilir,cıxarıldığı məhkəmədə “tarik məni bəraət etdirəcəkdir” deyir və susur..2 il sonra 1955də həpsdən cıxır və Raul onu Cheylə tanışdırır.Və onların əlaqsi 10 il davam edir.10 il boyunca onlar Che və Fidel,Fidel və Che olur .Onlar bir birinə qarşı hiss etdikləri simpatiyayla XX əsrin arxivinə öz adlarını qızıl hərflərlə yazdırırlar..Onların Həyat Hikayəsi 55ci iləd Meksikadaki bir İyul gecəsində başladı.Che artıq Kamil bir Sosyalist idi,Və baş düşmən məlum idi-AMERİKA.Bu düşmən gecə yaşları 30dan az olan bu ikili arasında saatlarca müzakirə olundu.Biri Doktor Biri Avukat !! İnqilab Başladı..Və elə o gecə Kuba sərhədləri 20-yə yaxın inqilabçı ,və köhnə bir qayıqla keçildi..Bu 20 nəfərin içində Argentinalı bir doktorda vardı..özünü Həyatın əllərinə buraxan bir gənc..Bu doktor hər zaman mükəmməl bir nümunə olacaqdı taktikləri iradəsi danışıqları və savaşı sayəsində.O Fidele hər zaman xəbərdarlıq edər və Rusyaya qarşı diqqətli olmasını deyərdi,çünki o Rusyanın sosializm anlayışını tam olaraq qəbul edtmirdi.Yavaş yavaş partizanlara yeni quruplar kəndlilər qoşulurdu.Chenin bu kütlələr qarşısındakı danışıqlıqlarıysa mükəmməldi..həm onsuzda İnanılmaz karizması və cəlbediciliyiylə bütün danışıqlara bir sıfır qalib başlayırdı))danışarkən inanılmaz bir təsir bağışlayardı..bunu mən demirəm..bütün məmbələrdə bu belədir..Onun qarşısında dayanan hər kəs kimlə qarşı qarşıya olduqlarını anlayırdılar.İnqilabın qızğın günlərində Anası onu ziyarətə kubaya gəlmişdi,Bundan xəbərsiz Che anasını qapıda görəndə kədərlənmiş göz yaşlarına hakim ola bilməmişdi.. anası evdən 24 yaşında ayrılmış oğlunu görəndə tanıya bilməmişdi.…onun otağımdakı portretinə hər baxanda anasıyla görüşüdüyü o an yadıma düşür..o şəkilləri yəni anasıya görüşmə anındakı şəkilləri mənə ayrı bir təsir bağışlayır. nəysə.. Artıq İnqilab baş tutmuş və hakimiyyətə Fidel gəlmişdi.O Cheni Kuba Milli bankının başına gətirir..Kubada Kənd təssərrüfatından tutmuş hər sahədə nə problem olsa Che həll edirdi.Hətda yeni buraxılan pulların üzərindədə CHE yazılırdı.Kubadakı bütün Amerika şirkətləri özəlləşdirildi.Rusyayla yaxınlaşdırıldı.Amerika öz sahillərində rusyanın əlbirinin yüksəlməsini çarəsizcə izləyirdi.Amerikanın kubaya göndərilən ilk ordusu məhv edildi..Və elə bu Günlərdə Dünya tarixində silinməz iz salan hadisə baş verdi..Amerikanın casus təyyarəsi kuba sərhədlərində Nüvə mərmilərinin yerləşdirildiyini və istiqamətlərinin Amerikaya doğru olduğunu görər.Və tarixə “Küba Nüvə Böhranı” adıyla silinməz iz salar.O günlərdə dünya belə deyim 14 gün boyunca yerindən oynadı və Ağ evdə tərləməyən qalmadı))3cü dünya savaşı ola bilərdi .Amerikanı Bu nüvələrlə qorxudan Rusyanıda Amerika Türkiyədəki Nüvələriylə qorxudurdu..(buradanda elə QARDAŞ dediyimiz Türkiyənin oyuncaq olduğunu görürük…)Ama qorxular keçdi nüvələr söküldü..
Che xəstə idi ama dərmanlara vaxt ayırmırdı,ailəsiylə məşğul olmağa belə vaxtı yox idi,Amerikanın əlində Çıraqla axtardığı bu Əfsanəvi Lider Cangüdəni də qəbul etmirdi..Che Sənayi müdiri olduqdan sonra ilk verdiyi əmir iş yerlərində işçiləərin Cinsi Əlaqəyə girməsi hakda qadağa olmuşdu,Qəti qadağan idi və cəzası ağır idi..Buda onun necə bir lider olduğuna bir sübutdur məncə.Küba xalqı Ona Bir Allah kimi baxırdı.Chenin artıq o illərdə yəni 62ci illərdə tək məqsədi vardı oda öz ayaqları üzərində dayana bilən bir Küba.Çünki o Rusya heçdə hamının bildiyi kimi inanmırdı güvənmirdi,və haklıydıda,onu Xruşov və Brejniev barədəki fikirləri artıq məlum idi.Ama Kübanın İqtisadiyyatı o qədərdə yaxşı deyildi.Sənayedə müvəffəqiyyət əldə edə bilməyən Che xarici işlər naziri olur və Çindən tutmuş Ərəbistana qədər hər yeri gəzərək Kübanı tanıdır.BMT dəki danışığını demirəm hələ.Sənədli filmə Baxıram,Onun BMT də kapitalistlərin çərçivəsində İmperyalizmi necədə təhqir edir Qorxmadan !!! Heyranam onun Əlləri cibində Heç vecinədə deyilmişcəsinə O BMTnin binasına girərkən..Elə bil Heç Dünyanı Yerindən oynadan o deyil.. HİTLERİZMe qarşı o danışıqları..Hətda 65də Cəzairdəki danışığında Rusyanında İmperyalist ölkə olduğunu deməsi artıq onun qorxusuzluğuna olan bütün şüphələri silib atır..Mətbuatda Bomba kimi partladı bu xəbər..Ama bu danışığı onu Ən yaxın dostu Fidele ayırır.beləki o kübaya qayıtdıqdan sonra yenə 10 il əvvəlki o iyul gecəsindəki kimi iki lider saatlarca otaqdan cıxmayaz və tam 40 saat müzakirə edərlər və demək olarki bu onların son müzakirəsi olar. Bundan sonra bir daha heç vaxt heç bir mitunqdə yan yana görünməzlər,və hamı ondan sonra CHE hanı deyə fikirləşməyə başladı,CHE YOX İDİ artıq !!! Hər zaman öndə gedən o lider artıq bayram genlərində YOX İDİ .RAUL və FİDEL arasındakı bir stul artıq Boş idi..Heç kim nə olduğunu anlamırdı.Heç kim məna verə bilmirdi Fidel Heç nə demirdi..Yox o ölməmişdi..o vaxtı CHEnin harda olduğu 20 il sonra bilindi.beləki Chenin rusyaya qarşı o sərt danışığından sonra artıq Fidelin yanında ona kömək edə bilməyəcəyini anlar və Kongoya gedər ordakı inqilabçılara kömək məqsədilə .ama bunu yalnız Fidel bilər.Kongodaysa O həyatda ən çox seviyi insanın ölem məktubunu aldı –Anası..Bu onunçün çox ağır bir zərbəydi..Həyat ortağını itirmişdi..Bu vaxtlar harada olduğu barədə fərziyyələr dəvam etdi.1 il sonraBoliviyaya qayıtdı.Və yaxın biri tərəfindən yeri boliviyalılara deyildi. Guevara 9 Oktyabr 1967də Vallegrande yaxınlarındakı La Higuerada Bolivya Ordusunun əlində ikən öldürüldü. Əsgərlər tərəfindən əlləri kəsildikdən sonra Bolivya Ordusu zabitləri tərəfindən bilinməyən bir yerə aparılmış, cəsədinin basdırıldığımı yandırıldığımı sualı cavabsız qalmışdır. Son saatlarında yanında olanlar və onu öldürənlər, mühakiməsiz edam nəticəsində öldürüldüyünə şahidlik etmişlər. Dünyanın hər yerində Chenin öldürülməsini etiraz edən nümayiş gedişlərioldu. Həyatı və ölümü üzərinə məqalələr, mahnılar və şeirlər yazıldı. O, “gəlmiş keçmiş ən cazibədar və ən müvəffəqiyyətli inqilabçı”idi
Və artıq ölümündən sonra onun müzakirəsi başladı Gueavaranın üsullarına qarşı tənqidlər gəlməkdə idi. Xüsusilə anarxistlər > və vətəndaş haqq azadlıqçıları Guevaranı avtoritar, işləyən sinif əleyhdarı bir Stalinçi olaraq görür və geridə buraxdığının çox bürokratik və avtoritar bir rejim olduğunu ifadə edirdilər.Elə indidə bu müzakirələr dəvam edir.Məsələn elə mən bir evdə qaldığım tələbələrlə saatlarca bu barədə müzakirələr aparıram.Mən demirəm o Mükəmməl bir lider idi Nədə demirəmki Bərbad idi sadəcə bir insane kimi ona və onun mənliyinə simpatiyam var.Liderliyidı mənə görə Ən məqsədə uyğun olanı idi. Ölümündən sonra Guevara dünya üzərində sosialist inqilabçı hərəkətlərin simvolu halına gəlmişdir. Guevaranın Alberto tərəfindən çəkilən fotoşəkili “dünya üzərindəki ən məhşhur fotoşəkil və 20. əsrin simvolu” olaraq xarakterizə edilmişdi.. Nəysə sabah namazının vaxtı gəldi çatdı yazılası çox şey var ama..Gecəm xeyrə..
NOT – “Quizás esa fue la primera vez que tuve planteado prácticamente ante mí el dilema de mi dedicación a la medicina o a mi deber de soldado revolucionario. Tenía delante de mí una mochila llena de medicamentos y una caja de balas, las dos eran mucho peso para transportarlas juntas; tomé la caja de balas, dejando la mochila …” əl çantasının üzərinə yazdığı yazı…
P.S – Hər kim olur olsun Amerikaya qarşı olubsa deməli xeyri var..
Heç kim Günəşin Doğuşunu əngəlliyə bilməyib və hələ heç kim bir savaşı sevgi və mərhəmətdən istifadə edərək Susdurmayıb !!!
Xancan Kərimov 12 Ekim 08 .5:38 Adana\Turkey
