Dünyanın Radiusunu bilən var?!…
18 Dec 2009 Şərh yazın
in Filosofía, Memories Tags: dünya, fəlsəfə, yaşam anlayışı
..O vaxtlar uşaq idim hələ 1-ci siniftə oxuyurdum,səhərlər atamla qalxar qısa müddətli qaçışlar və idman hərəkətlərindən sonra,səhər yeməyini yeyər və dərsə birlikdə gedərdik,yolun yarısına qədər birlikdə gedərdik atamla,şahmat mə
ktəbi var idi onun yanından ayrılardıq mən dərsə atam işinə gedərdi,hər səfərində atam mənə həyatdan misallar gətirər,nəyin doğru nəyin yalnış olmasını öyrədərdi.. bu hər gün belə davam edərdi..o yollarda keçən günlər mənə çox şey verərdi,yolun uzun və palçıqlı olmasıysa söhbətlərin uzanmasına səbəb olurdu..o həmişə mənlə bir böyük kimi danışardı,sanki onunla yaşıdammışkimi.. ama bəzən hələ balaca olduğumuda nəzərimə çatdırardı. Mənə istədiyim azadlığı verərdi ama hərzaman diqqəti üzərimdəydi.. Yenə belə qışın qarlı-yağışlı günlərindən biriydi,atamla yolun axrına gəlmişdik,yol boyu palçıqların ucbatından,doğru dürüst yolda söhbətdə edə bilməmişdik,məktəbə yaxınlaşanda atam mənə:
-“Xanı,mama deyir dünən evə gec gəlmisən,hardaydın?Futbol ya Şahmat?”
-“Hə papa uşaqlarla şahmatdaydım yenə”
-“Orxan gillə?”
-“Yoxe papa olarnan küsmüşəm,Ağılsızdı olar, pis uşaxlardılar ,təzə dostlarım var, valideyinlər iclasında göstərərəm sənə” yolun axrıydı ayrılmalıydıq,atam ayaq saxladı,mənə tərəf döndü,aşağı əyildi və sağ əlini başıma qoyaraq,sığal cəkib:
-“Xanı,adam təzə dost tapanda köhnələri unutmaz,birdəki heç vaxt yadınnan çıxartma,bir insana Ağılsız demək ona ediləbiləcək ən böyük təhqirdi,bunu heç vaxt unutma...”..bunları deyib ayağa qalxdı və “bugün evə yenə çoxlu “beş” gətir oğlum”-deyib arxasını dönüb getdi..
O gün atamın orda mənə dediyi bu sözlər sırğa olub qulağımda qaldı bir ömür boyu, “ağılsızlıq və köhnə dostlar”,ikinciyə hər zaman əməl etməyə çalışıram ama birinci məsələ-ağılsızlıq barədə təhqirəysə demək olarki heç əməl edə bilmirəm,çünki ətrafda“Ağılsızlar” çoxdur,mən ağılsız deyərkən nəzərdə tutduğum insanlar sadəcə sadə xalqın nümayəndələri deyil,bu bir professor,yada dünya tarixinə iz salmış biridə ola bilər.Ama Ağıllının çox güclü olduğu demək deyil bu. “Ağıl Ağıldan üstündür”“Ağılsız”Sokratın o məhşur deyiminə bənzəyir o deyirdiki- “bir şeyi bilirəmki heçnə bilmirəm” o əslində çox şey bilirdi ama bilmədiyi şüylərin yanında sıfır sayılacaq qədər bilgisi olduğundan belə deyirdi,yəni o əslində bilirdi..bu ağıl məsələsidə elə,ağılsız dediyimiz insanlarda əslində ağıl var ama sıfır səviyyəsinə yaxındır deyə elə deyirik.bəs biz düz edirik?yoxsa mənim atam o vaxt mənə dediklərində həqiqətən haklıydı??Nİyə bəzilərinə “Ağılsız” deyirik?Bir ağlın başka bir ağıla belə deməyə hakkı var? Jung insanları beynin psixoji funksiyaları baxımından təsnif edib ama bunlardan sadəcə biri hakim mövqedədir, bu tiplər düşünən, romantik, duyğu və hissə görə hərəkət edən tiplərdir. Hərəmiz bu funksiyalardan birinin hakimiyyətindəyik.Bəs yaxşı düşünən bir tipin romantik tip üçün “Ağılsız” deməsi nə dərəcədə doğrudur? Məncə ağıl hər kəsdə var ama sərhədləri var- çox yüksək və çox az dərəcədə ama yenədə var,ağılsız insan olmadığı kimi mükəmməl ağıla sahib insanda yoxdur məncə,bir misal gətirim.Kim olduğunu bilmirəm ama bir müdrikdən, “ Bir insanın ağıl səviyyəsini necə ölçürsüz deyə soruşduqlarında o “Danışmağından anlayıram”deyib “bəs heç danışmasa?” müdrik gülərək “ O dərəcədə Ağıl insan yoxdur” deyib,el arasında bu lətifə olaraq danışılsada “müdrik” bir lətifədir..Hə ağıl insandan insana dəyişir kimiləri özünü “dünyanın ən Ağıllısı” sayır, bu mümkündür, çünki o özünü öz bildiyi sərhədlərdə Ağıllı sayır, yəni o bildiklərini hamısını bilir elə düşünürki başka heçnə yoxdur,bilmirəm başa sala bilirəm ya yox ,o insan bilmədiklərinin fərqində deyil onun sadəcə bildiklərindən xəbəri var,elə insanlarda varki onlar bilmədiklərinində fərqindədirlər yəni bilmədiyi bir şey var və bilirki o bilinməyəni o bilmir, məsələn bir misal mən balaca vaxtı elə bilirdim ən Ağıllı insan mənəm ,dünyanın sadəcə evimiz, məktəbimiz,və oyuncaqlarımdan ibarət olduğumu düşünürdüm və onları çox yaxşı qavradığımçün elə bilirdim mən ən Ağıllı sıyam. Atam mənə o vaxtı “hələ təcrübən azdı böyüyəndə çox şey görəcək və az şey bildiyini anlayassan” deyərlərdi ama təbiki inanmazdım ,əslindəysə məni kənardan izləyən atam haklıydı çünki nə qədər məhdud bir dünyada yaşadığımı çox açıq formada görürdü . Çünki o dünyanın bir ev, bir sinif və bir neçə oyuncaqla məhdud olmadığını anlaya biləcək bir təcrübəyə və məlumata malik idi .Bunları o mənim atam idi deyə belə demirəm,bütün atalar-yəni yaşı həddi buluğu keçmiş, ailə sahibi olmuş insanlar bu nəticəyə gələ bilər,istər Ağıllı olsun istərsədə aşağı səviyyəli ağıla malik olsun ,fərqi yoxdur,yenədə o yaşda mənə nisbətən daha təcrübəlidir,yəni qısası “ən Ağıl adam mənəm deyən” insan əslində ən Ağıllı nın nə olduğunu tam olaraq anlamış biri deyil.“İndiki Ağılım olsaydı falan cür edərdim o vaxtı” deyər çoxları. Deməli ağıl insanla bərabər yetiş və insanda bunu zamanla qəbul edir necəki mən indi o vaxtki Xancanın əslində az bildiyini anladığım kimi,ama o vaxtlar heç kim mənə nə vaxtsa geri dönüb baxdığımda əslində az şey bildiyimi inandıra bilməzdi.. Yəni “Ən Ağıllı ”“Mən bütün dünyanı dərk edə bilirəm” deyən bir insan əslində yalan danışmır o haklıdı,ama özü özlüyündə,yəni öz dünyasında ən Ağıllı odur.Bayaq bir dostum burdaydı bəzi şeylər danışdıq iki məsələ məni ağıl barədə düşünməyə vadar etdi ,sizə ellə gələcəkki bunun mövzumuzla əlaqəsi yoxdur ama açıqlayacam tələsməyin,deməli danışdığımız mövzulardan biri yer kürəsinin radiusundan danışırdıq unutmuşdu məndən soruşdu mən dedim ama biz sadəcə yerin coğrafi ölçülərindən danışırdıq elə – belə ,bir digər mövzuda yenə coğrafi bitkilərin təsnifatından ibarət idi və o mənə maraqı bir fakt dedi,babmuk ağacı əkildiyi ildən etibarən 5 il müddətində sulanır ama heç vaxt boyu uzanmır,kökləri uzanır,o ehtiyat qida maddəsi yığır ama torpağın üstündəki boyu isə elə balacada qalır bu beş ildə ama 5ci ildən etibarən boyu uzanır və təxminən 40-50 m6378,4 km-dir,bu bütün insanlara görə belədir,ama ondan bilirsiz nəyi düşündüm?Bu dünyanın birdə “mücərrəd radiusu” var,yəni hər insanın dünyanı qavraya bildiyi böyüklükdə radiusu.Ağıl səviyyəsi aşağı bir insan dünyanı qavraya bildiyi radiusda görür – sadəcə ev-iş-ev,o sadəcə bunları düşünür,ama bunun birdə Ağıllı insan üçün olan radiusu varki ,burda ev-iş sadəcə kiçik bir faktor dur onun dünyasında daha vacib şeylər var yaşama məqsədi,səbəbi kimibir çox suallar… və daha nələr.Yəni bunu riyazi miqyasla ölçsək,bir filosof üçün “dünyanın radiusu” sıradan monoton bir həyat tərzi-düşüncə tərzi sürən insanınkindən 100lərlə böyükdür, “Ən Ağıllı ” “Ağılsız” söhbətidə elə burdan doğur.Dostumun danışdığı ikinci məsələ- Bambuk ağacı isə mənə insanın yaşa dolduqca ağıllanmasını göstərdi ama bu ağıllanma müəyyən bir yaşdan sonra daha konkret olur əvvəllər o sadəcə baza toplayır,babmuk ağacının kökləri kimi, ama 17-18 yaşda(bu yaş insandan insan dəyişə bilər)o nun ağlı artıq genişlənməyə dünya görüşü artmağa başlayır,və konkret fikirlər söyləyə bilir.Əvvəlki yaşlarda isə onun beynindəki suallara cavabı yox dərəcəsində idi.
İndi gələk ağılın göstərilə bilib göstərilməyəcəyinə ,mən çox vaxt “mənə Allahını göstər” deyənlərə “Səndə mənə ağlını,fikirlərini göstər” deyirəm,onlar susurlar ama əslində onların mənə verə biləcəkləri mükəmməl bir cavab var.Çünki ağıl əslində həm maddə həmdə mücərrət olaraq mövcuddur,başqa cür deyim ağıl özü özlüyündə mücərrəd ama hərəkətləriylə maddəylə əlaqədar bir şeydir.Həm konkret maddə həmdə mücərrət fikirdir,məsələn,biz Televizora toxunanda bizi elektrik vurmur ama onun özü-yəni tərkibimi deyim,içimi deyim,elektrikdən ibarətdir,ağılla beyin (hüceyrələrin meydana gətirdiyi orqan-yeni konkret bir maddə olan beyin) arasındada birbaşa olmasada bənzər olaraq belə bir əlaqə var,yəni beyin görünən maddə,ağıl isə onun görünməyən qismi belə deyək elektriyidir.
Bəs zəka ilə ağıl arasında fərq nədir? Zəka da ağla yaxın bir termindir ama eyni deyillər.Məhşur bir deyim var “Ağıl zəkanı işlədə bilmə qabiliyyətidir”,burdan belə bir nəticəyə gəlirikki zəka hər kəsdə var ama onu işlədə bilmək lazımıdır.Yəni ağıl alətdir,o aləti işə salan isə Ruhdur,bu barədə yəni ruh barədə yeni bir yazı yazacam ona görə bu mövzuda ona toxunmuram,qayıdaq ağılla zəkaya.Zəka doğuşdan genlərlə gələn bir şeydir ama ağıl yox.Ağıl zəkadan daha dərin mənalara sahibdir belə deyim əgər zəka insanın düşünə bilmə qabiliyyətidirsə,ağılda doğru qərar verməsidir,yəni bu ikisi əzlində bir biriylə vəhdət təşkil edir,ama burda bir incə məsələ var,əvvəlcə misalla deyim 1+1 sualını düşünə bilməkçün zəka lazımdır,ama cavabən iki olduğunu deyə bilməkçünsə ağıl gərəkdir.əgər fikir verdizsə burda çox incə bir məsələ var,burdan belə bir nəticə çıxırki,ağıl olmazsa zəka öz özlüyündə sual verə bilər.ama zəka olmazsa ağılda olmaz –sual yoxdursa cavab necə olsun?demək istədiyim,zəkalı bir insanda ağıl olmayada bilər ama ağıllı insanda mütləq zəka var,bunu sübutda etdim.Zəka ağıla nisbətən doğuşdan gəlir ama oda zamanla arta bilər.Zəka özü özlüyündə 1+1=2 olduğunu müəyyən edə bilər ama bu hər zaman olmayada bilər yəni o səhv cavabda verə bilər.Məsələn Fizika sahəsində nobel mekafatı almış bir zəkalı insan başka bir sahədə vəya həyat problemi qarşısında aciz qala bilər,çünki nobeli ağıllılara vermirlər sadəcə əhəmiyyətli kəşflər edən bir fizikə verirlərki o fizik ağıllı olmasada zəka sahibi biri olaraq əzbər,təcrübə, çalışaraq ya da özünü öyrədərək, əldə etdiyi məlumat və.s kimi faktorlarla hər hansı bir alət kəşf edə bilər.Ama o heç vaxt dahi adlandırıla bilməz.dahilər bir neçə sahəni birləşdirib ortaq fikir yeridə bilən insanlardı,qısası Üstün zəka+ Yüksək səviyyəli ağıl=Dahi olmuş olur.
Başqa sözlə zəkalı biri, müəyyən bir nöqtədə tıxanıb qalar, həll tapa bilməz, girişdiyi bir işi nəticələndirəmməz, səhv tapa bilər.Ağıllı bir insan isə təhsil almadığı, təcrübəli olmadığı, hətta ilk dəfə qarşılaşdığı bir mövzuda belə, illərcə o mövzuda təhsil almış bir kimsədən daha iti və daha məqsədəuyğun nəticələr əldə edə bilər. Zəkada ikiyə ayrılır biri İQEQ(romantik zəka) Filosoflar,EQ-nün İQ-dən daha əhəmiyyətli olduğunu deyirlərki,bu həqiqətəndə belədir.EQ hislərdir,İQ isə məntiq,ağıl,bir insanın yalan danışmasını EQ vasitəsilə müəyyən edə bilərik məsələn..İQ doğuşdan insanda var olan bir xüsusiyyətdir, romantik zəka (EQ) doğuşdan gəlmir. İnsan beyninin quruluşu səbəbindən, uşaqlıqdan alınan romantik dərslər, həyat boyunca davranış tərzini təyin edir. İQ, doğuşdan gələn bir zəka olsa da onu istifadə etməyi öyənmək lazımdır ..
İnsan ağlının qavrayamadığı şeylərdə var inasan ağlı çox incə və çox böyük məsələləri qavraya bilmə qabiliyətinə sahib deyil,necəki hər tərəzinin darta biləcəyi minimum və maksimum yüklər vardır. Bir tonluq tərəzilə, nə on tonluq dəmir dartıla bilər, nə də on qramlıq qızıl. Hər iki halda da, alət bizə bir nəticə verməz, yalnız hərəkətsiz qalar, eynilədə insan Nə hüceyrəsindəki hikməti nədə Kainatın sonsuzluğundakı mənanı anlaya bilməz,onlar insan ağılının sərhədləri xaricindədir ,Ağıl “kainatın necə yaradıldığı”Metafizikanın belə ən incə məsələlərini anlamağa, ən dərin problemlərini həll etməyə, ən uzaq doğrularını kəşf etməyə çalışır insanoğlu..Halbuki ağılın da iş görə biləcəyi müəyyən sahələr vardır. Hələ bəzi mövzularda insanın, deyil danışması, icra etməsi belə doğru deyil.
Ağıldan söhbət edəndə ilk ağla gələn Kant olur,ama Hegelin Dekartın birdə müasir psixoloqlardan Dr.Daniel Qolmanın fikirləri məni daha çox qani edir. Yenədə mən öz fikirlərimi bildirdim,yazını bəyənməyənlər ola bilər,vəya yazı kimlərisə qani etməyə bilər əgər qani etmirsə onda yuxardakı filosofların kitablarını incələməyi məsləhət görərdim onlarda mənim yazdığımdan daha çox fikir var. Mənim yazdıqlarım yalnışda ola bilər,çünki sadəcə 18 illik təcrübəm var..yazım həcmcə yada azda ola bilər,çox yazmaq istərdim ama çox yazandada heç kim oxumur təəssüfki…((Halbuki ağılı 4 səhfəlik bir yazıyla yazıb bitirmək mümkün deyil.Nəysə buda son,mənim atam haklıydı,ağılsızlıq ən böyük təhqirdir..
P.S – Bəs sizin dünyanızın Radiusu nə qədərdir? Ev-iş-yataq? Yoxsa daha geniş?…hə birdəki xahiş edirəm,yazı hakda fikirlərinizi və qəbul etmədiyiniz yerləri deyinki məndə səhvlərimi görə bilim..Əvvəlcədən minnətdaram,,,
Xancan Kərimov 10:41 PM , 28/11/08 , Turkey/Adana
Yorğun ,mərhəmətli dünya , Bağışla bizi..
13 Dec 2009 Şərh yazın
in Uncategorized Tags: dünya, mərhəmət, yorğun
Dünya!…Heç yorulmamısan??Yorğun deyilsən?Bütün bu olanlara necə dözə bilirsən , dünya?Dünya , biz gecələr yatırıq bəs sən?Sən necə?Dincəlirsən , dünya?Dünya , necədə sədaqətlisən,mərhəmətlisən!..Dünya , sənin başına nə oyunlar açdıq..Heç incimirsən?İncimirsən Sezardan?Nerondan?Titodan?Hitlerdən?Bu qəssabların üzündə buraxdığı izlər,ləkələr səni çirkinləşdirir ama sən o saf gözəlliyini necədə qoruyursan , dünya!… Dünya , sənin “ağ ciyərlərin”-i Amazon cəngəlliklərini hər gün məhv edirlər necə nəfəs alırsan , dünya??.İçin sızlamır??Dünya , sən necədə dözümlüsən,məğrursan!..Dünya , Sənin o şəffaf geyimini məhv edirlər səni çılpaq buraxırlar,səni qoruyan Ozon-u bitirirlər..Necə qoruyursan özünü Günəşdən??Əziyyət çəkmirsən??…Dünya , biz sənə yük oluruq hə?..Hələ birdə verdiyimiz bu əzablar…Dünya , yağış yağır haa,o sənin göz yaşlarındı?Məncə yox çünki elə olsa fəsildən fəsilə ağlamazdın…Hər gün ağlayardın..Dünya , heç üşümürsən?..Dünya , o meteorlar səni ağrıtmır?Dünya , sağ tərəfindəki yaralar sağalmayıb hə?Xirosima-Naqasaki yaralarını deyirəm…Bəs solundakı Çernobil necə??Çox incidir hə??Bizdə çox şey itirdik , dünya.. 15min insanı itirdik, 50 min insan şikəst qaldı, 5 milyon adam radiasiyadan təsirləndi, 30 kilometrlik sahədə həyat dayandı,və..və… Radiasiyanın təsiri bölgədə 48 min il daha qalacaq dünya…və 300 il ora o gözəl təbiətdən məhrum qalacaq.. Quşlar bülbüllər olmayacaq.. Gül çiçəklər olmayacaq..Dünya , bu nadinc övladlarını ,bizi bağışlaya biləssən , dünya..??Dünya , bəs ‘Böyük Böhran’-a necə dayandın??Bəs Adolf Hitlerin törətdiklərinə??Dünya , mən utanıram əcdadlarımdan,onların etdiklərindən.. Yəhudi soyqırımı… Nürnberg Məhkəmələri… Fələstin problemi…İsrailin quruluşu..Sənin abidələrini dağıtdıq yenə bizlər etdik aramızdakı sapı özümüzdən olanlar etdi… Dünya , deyirlər Hitlerin əkizini klonlamaq istəyirlər hə?Dün ya, mən qorxuram ondan.. Qoyma kopyalasınlar..Dünya 1968-ci ildə tələbələr çox nadinclik etdi hə?..Bəs Kübadakı mərmilər , dünya?? Səni 14 gün boyunca rahat buraxmadıq,nəbzin 14 gün boyunca çox sürətlə atdı …Dünya , səncə bu niyə belədi??Sən bilərsəndə səbəbini.Axı hamımızı görmüsən, sən əcdadlarımızı qonaq etmisən. Dünya , biz çox ziyanverici qonaqlarıq hə?Dünya ilk qonağın-Adəmdə beləydi?O da ziyanverirdi?Cənnətdən qovulubsa deməli o da günahsız deyildi hə?Onda qanımızda varda hə??..Bütün bu olanlara necə tamaşa edə bilirsən , dünya..Necədə təmkinlisən..Dünya , o bəzən lərzəyə gəlirsən haa bizdə zəlzələ dediyimiz şeydən bəhs edirəm,sən elə lərzəyə gələndə mən çox qorxurdum uşaq vaxtı..Dünya , qonşuların Mars Venera və o birilərinin sənə xayınlığı tuturki səndə həyat var deyə ama bilmirlərki nə əzablar çəkirsən..Sənə həsəd aparırlar ama onlar bu ağrılara tab gətirə bilərdimi? Dünya , necədə ürəyi açıqsan,pisə də yer verirsən yaxşıya da.. Bitərəfsən,yamanlığa yaxşılıq edirsən..Səni məhv edirik , amma bizə suyunu havanı verirsən,dünya , necədə Sadiqsən Tanrına..O səni Yaratdı və bizləri sənə göndərdi ; “bunları qonaq et”- dedi.Sənsə heç səsini belə çıxartmadan insanoğlunun əzablarına dözdün,insanoğlu sənin şəffaf bulaqlarını tükətdi,qol-qanadlarını kəsdi ,budadı, doğradı, nəfəsini daraltdı, xəstələndirdi səni,insanoğlu öz qanın qanından olan qardaşlarını yoluxucu xəstəliklərə düçar etdi..Spid virusunu yaratdı,öz əlləriylə..Dünya , bəs heyvanlar necə onlar da səni incidir hə?..Amma bizim qədər yox..hm??Otlaqlarını çöllərə çevirdi heyvanlar..Deyəsən ən az zərəri verən ya da heç verməyən bitkilərdi hm?Dünya səndən bir şey istəsəm verərsən??Səndən günlüyünü istəsəm verərsən?mən tarixi görmək istəyirəm,saxtalaşdırılmış tarixi yox, həqiqətləri görmək istəyirəm, dünya , sənin günlüyün mənə çox maraqlıdı,nələr var orda?Kimlər var?..Birdə ,dünya,səndən bütün əcdadlarım adından üzr istəyirəm!..Bağışla insanoğlunu!..
P.S-Dünya sənin ,dünya mənim,dünya heç kimin..
Xancan Kərimov 1:51AM 23/11/08 Turkey/Adana
